Britaniyalı dəbdəbəli sportkarlar istehsalçı olan Aston Martin şirkəti heyrətamiz Vanquish Zagato konseptinin seriya variantını istehsal edəcəyini bəyan etmişdir. May ayının sonlarında Komo gölünün sahilində keçirilən eleqantlıq müsabiqəsində təqdim edilmiş avtomobil məhdud sayda - 99 nüsxəlik tirajla buraxılacaqdır. Qeyri-rsəmi məlumata əsasən artıq bütün avtomobillər ilkin sifariş ərizələri əsasında satılmışdır.

Britaniya istehsalçısının bildirdiyinə görə, avtomobili buraxmaq qərarı, potensial müştərilər tərəfindən avtomobilə olan “misli görülməmiş maraqdan”  sonra qəbul edilmişdir.

Yeni Zagato supertkarının kompozit materiallardan hazırlanmış kuzovu Aston Martin Vanquish modelinə daha cürətli və oxabənzər görkəm bəxş etmişdir.

Konsept Zagato avtomobillərinə xas olar iki çıxıntısı olan qeyri-adi formalı «double-bubble» adlandırılan tavanla, üzən tavan təsirini bağışlayan qara rəngli ön dayaqlarla təchiz edimişdir.

Avtomobilin maili alın şüşəsi olduğu halda, onun arxa şüşəsi kəsin şəkildə sportkarın spoyler quraşdırılmış eleqant qövsvari xəttə malik olan arxa hissəsinə doğru enir.

Aston Martin Vanquish Zagato konseptinin arxa işıqdiodlarından olan fənərləri Vulcan modelini xatırladır. Konseptin buraxılış sisteminin boruları, xarici güzgülərin korpusları, karbondan olan diffuzor və əyləc mexanizmlərinin «yüksək naziklikdəki» supportları One-77 kupesindən alınmışdırlar. Vanquish Zagato konseptin təkər tağları və yan elemetləri 2013-cü ildə Aston Martin şirkətinin 100 illik yubileyinin şərəfinə hazırlanmış eksperimental CC100 spidsterini xatırladır.  

Vanquish Zagato Concept superkarı gücü 576-dan 600 at qüvvəsinə artırılmış 5,9-litrlik V12 atmosfer tipli mühərriklə hərəkətə gəlir. Bundan başqa, mütəxəssislər avtomobilin sükan sisteminin daha iti olması üçün asqı sistemini yenidən işləmişdirlər. Konseptin dinamik xarakteristikaları açıqlanmamışdır. Standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir.

Ehtimallara görə, bir avtomobilin qiyməti 530 min funt-sterlinq (1157 min manat) təşkil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt