Zagato atelyesi tərəfindən istehsal ediləcək AstonMartin Vanquish Zagato modelinin üstü açıq modifikasiyasının qiyməti məlum olmuşdur. Unikal kabrioleti almaq istəyənlər 850 min ABŞ dolları ödəməlidirlər. «Automobile» nəşrinin şirkət daxilindəki mənbəsinin verdiyi məlumata əsasən kabrioletin sifarişlərinə 10 oktyabr tarixində son veriləcəkdir.

İlkin ödənişin minimum məbləği 150 min dollar təşkil edir. Kabriolet 99 ədədlik məhdud tirajla buraxılacaqdır. İlk avtomobilləri müştərilər 2017-ci ildə alacaqdırlar. Aston Martin Vanquish Zagato Volante modelinin istehsalı 2018-ci ildə başa çatacaqdır. Kabrioletin ilk təqdimat mərasimi bu il Pebbl-Biçdə keçirilmiş eleqantlıq müsabiqəsində baş tutmuşdur. Model 600 at qüvvəsi gücü olan 5,9-litrlik V12 mühərriki ilə təchiz edilir.

Aston Martin Vanquish Zagato Volante 100 km/saat sürətini 4,1 saniyəyə toplayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt