Yeni nəsil Aston Martin Vantage modeli məhdud sayda buraxılacaq ekstremal AMR versiyasına və opsional mexaniki ötürmələr qutusuna sahib olub. Keçən il təqdim edilmiş Aston Martin Vantage modelinin yeni nəsli 510 at qüvvəli və 625 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki və səkkiz pilləli ZF avtomatik ötürmələrə qutusu ilə təchiz edilir.
Bu günlərdə isə, britaniya istehsalçısı kupenin ekstremal versiyası olan AMR modifikasiyasını təqdim edib. Məlumdur ki, bir çox ekstremal superkar həvəskarları avtomatik qutuları o qədər də sevmirlər. Belə müştərilər üçün Aston Martin yeddipilləli mexaniki ötürmələr qutusu ilə də təklif edir.
Söhbət H-şəkilli sxemi olan Graziano firmasının qutusundan gedir ki, bu sxem ikincidən yeddinciyə kimi olan pillələri dəqiq ardıcıllıqla düzməyə imkan verir. Birinci pillə isə, sol tərəfdə aşağıda arxa ötürmə ilə əks istiqamətdə yerləşir. Bu sxem hərəkət zamanı gərək olan pilləni istifadə etməyi səhvsiz və asan etməlidir. Bundan başqa, mexaniki qutu aşağı pilləyə keçmə zamanı akselerassiya AMShift funksiyasına da sahib olub. Sürətlənmək gərək olduqda isə, ötürmələri tam basılmış akselerator ilə də həyata keçirmək mümkündür. Vantage AMR modeli üçün yüksək sürtünməli yeni differensial da nəzərdə tutulub.
Aston Martin Vantage AMR 503 at qüvvəli mühərriki qoruyub saxlasa da, karbon-saxsı əyləc mexanizmlərinə sahib olub. Avtomatik qutudan imtina ilə birlikdə bu mexanizmlər 95 kiloqram çəkiyə qənaət etməyə imkan verib. Bundan başqa, Vantage AMR Sport, Sport+ və Track rejimlərinə malik olan adaptive asqı ilə təchiz edilir.
Aston Martin Vantage AMR 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir və 314 km/saat maksimal sürət həddinə malikdir. Ekstremal Vantage modelinin buraxılış tirajı 200 nüsxə ilə məhdudlaşdırılacaqdır. Modeli Sabiro Blue, Pnyx Black, China Grey və White Stone rənglərində sifariş etmək olar. Son 59 avtomobil isə, Lime rəngində detalları olan Stirling Green xüsusi tərtibatında buraxılacaqdır. Vantage 59 tərtibatına malik olan avtomobillər 1959-cu ildə “Le Manın 24 saatı” marafonunda əldə edilmiş qələbəyə həsr ediləcəkdir.
Maraqlıdır ki, xüsusi seriyadan olan ekstremal modellərin satışının başa çatması ilə mexaniki qutu adi Aston Martin Vantage modeli üçün də əlçatan olacaqdır. Bu opsiyanı 2020-ci ildən başlayaraq sifariş etmək mümkün olacaqdır.