Aston Martin şirkətinin idarə heyətinin sədri Martin Lourens Stroll Vantage, DBS və DB11 modellərinin yenilənəcəklərini bildirib. Onun sözlərinə görə, 2023-cü ildə şirkətin bütün öndə mühərriki olan superkarları o qədər dərin modernləşdirmədən keçəcəklər ki, onlar tamamilə yeni modellər kimi görünəcəklər.

Aston Martin Vantage (2017-ci ildən buraxılır), DB11 (2016-cı ildən) və DBS (2018-ci ildən) kupe və kabrioletləri fərqli görünüş, fərqli interyer, yenidən işlənmiş şassi və təkmilləşdirilmiş güc aqreqatlarınə əldə edəcəklər. V12 mühərriki yalnız ən bahalı DBS modelində qalacaq, DB11 və Vantage modelləri isə, AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz ediləcəkdirlər.

Salonda əsas yenilik sensorlu ekranı olan müasir media sistemi olacaqdır. Aston Martin və Mercedes-Benz şirkətləri arasında bağlanmış müqavilədə, yeni texnologiyaların Mercedes-Benz avtomobillərindəki debütündən cəmi üç il sonra Aston Martin modelləridə tətbiq edilməsi nəzərdə tutulur. Buna görə də, bütün Aston Martin modellərində (DBX krossoveri də daxil olmaqla) hələ də mərkəzi tuneldə şayba-selektoru olan köhnə Comand mediasistemi quraşdırılır.

Britaniya markasının avtomobilləri isə, 2023-cü ildə dörd il bundan öncə Mercedes-Benz modellərində debüt etmiş müasir MBUX multimedia kompleksinə sahib olacaqlar. Stroll özünəməxsus tənzimləmələri və hətta "britan aksenti ilə" orijinal səsləndirməni vəd edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.