Aston Martin şirkəti Britaniyanın intellektual mülkiyyətin qeydiyyatı şöbəsinə Varekai ticarət adını qeydə almaq üçün müraciət edib. Qeyri-adi adi səslənən söz qaraçıların dilindən tərcümədə “harada istəyirsən” kimi tərcümə olunur. Lakin, Varekai daha çox kanadalı Cirque du Soleil şou truppası ilə bağlıdır.
Buna baxmayaraq, sirk ustaları çətin ki britaniya istehsalçısı tərəfindən bu adın istifadəsinə etiraz etsinlər, çünki ərizədə adın “sərnişin və yarış avtomobilləri, həmçinin onların hissələri” üçün tətbiq ediləcəyi bildirilib .
Yeni ticarət nişanının qeydiyyatdan keçirilməsi ondan mütləq istifadəni nəzərdə tutumur. Lakin, Varekai Aston Martin Lagonda şirkətinin model xəttindəki Vantage, Vanquish və Valkyrie adları ilə daha çox həmahənglik daşıyır. Ehtimallardan biri növbəti dəfə dirçəldilən Lagonda markasının elektromobilinə işarə edir.
Xatırladaq ki, bu ay keçirilmiş Cenevrə avtosalonunda Lagonda maraqlı konseptual elektromobil nümayiş etdirmişdir. Digər bir ehtimal isə, Aston Martin DBX konseptinin seriya variantına işarə edir. Üstəlik, Lagonda elektromobilləri ilə müqayisədə bu krossoverin taleyi daha aydındır.
Artıq Aston Martin şirkəti yeni modellərin buraxılacağı müasir zavodun inşasınaUelsin Sent-Atan şəhərində başlamışdır.
Aston Martin şirkətinin dizayn-direktoru Marek Payhman yeni avtomobilin beşqapılı ənənəvi siluetə malik olacağını da bildirib. Yeni avtomobilin AMG istehsalı olan 4,0-litrlik biturbo V8 mühərrikləri ilə təchiz ediləcəyi də məlumdur. Çox güman ki, krossoverin elektrik modifikasiyası da təklif ediləcəkdir. Yeni modelin istehsalı 2019-cu ildə başlanmalıdır.
Aston Martin Varekai modelinin rəqibləri Bentley Bentayga və Lamborghini Urus olacaqdır.