Formula 1 üzrə dünya çempionatının başlanmasına sayılı günlər qalır. Aston Martin şirkəti və onun rəsmi tərəfdaşı olan Red Bull Racing komandası V8 Vantage və V12 Vantage S modellərinin Red Bull Racing Edition adlı modifikasiyalarını hazırlamışdırlar. Hər iki avtomobil eksteryer və interyerin tərtibatında eksklyuziv elementlərə sahib olmuşdurlar.
Xüsusi seriyadan olan avtomobillərin satışı cari ilin ikinci rübündə başlanacaqdır. Aston Martin V Vantage və V12 Vantage S Red Bull Racing Edition modellərinin fərqli cəhətləri ,Red Bull Racing komandasının bolidlərini xatırladan rəng sxeminin mövcudluğudur. Standart təchizatlı superkarlar Mariana Blue rənginə boyanır. Lakin, əlavə ödənişlə müştərilər Tungsten Silver və Satin Mariana Blue rənglərini də sifariş edə bilərlər. İstənilan halda avtomobilin üzərində seçilən qızmızı və sarı haşiyələr olacaqdır.
Bundan başqa, Aston Martin V8 Vantage və V12 Vantage S Red Bull Racing Edition modelləri karbondan hazırlanmış ön splitterə, radiator barmaqlığının karbon haşiyəsinə, karbondan olan arxa diffuzora, yan güzgülərin karbon gövdələrinə və Red Bull Racing komandasının xüsusi emblemlərinə sahib olacaqdırlar. Avtomobillərin salonunda da qırmız aksentlərə, karbon işləmələrə, seçilən tikişlərə və tikilmiş Red Bull Racing loqotiplərinə rast gəlmək olar.
Eksklyuziv avtomobillərin qiymətini Aston Martin şirkətinin yerli nümayəndəsi olan Aston Martin Bakı mərkəzindən öyrənmək olar.
Qeyd etmək lazımdır ki, Red Bull Racing Edition seriyasından olan avtomobillərin yaradılması üzərində Q bölümünün mütəxəssisləri aktiv şəkildə iştirak etmişdirlər. Hər şeydən əlavə, avtomobillər RBR komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen tərəfindən imzalanacaqdırlar. Alıcılar hansı pilotun imzasına üstünlük verdiklərini özləri təyin edəcəkdirlər. Böyük ehtimalla avtomobillər texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdırlar. Xatırladaq ki, Aston Martin V8 Vantage modeli 430 at qüvvəli V8 mühərriki, 6-pilləli mexaniki və ya Sportshift II avtomatik ötürmələr qutusu ilə təchiuz edilir.
Aston Martin V12 Vantage S superkarı isə, 573 at qüvvəli 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir.