İngilis avtomobil istehsalçısının sosial şəbəkələrindəki hesablarında Goldfinger xəttindən olan kupenin buraxılacağına eyham vuran yeni tizer dərc edilib. Bu il Xəfiyyə 007 haqqında çəkilmiş Goldfinger ("Qızıl barmaq") filminin 60 yaşı tamam olur və Aston Martin üçün kinofranşizasının bu hissəsi çox əhəmiyyətlidir, çünki məhz bu filmdən başlayaraq Ceyms Bond Britaniya brendinin idman avtomobilləri ilə assosiasiya edilməyə başlayıb. Xüsusi DB12 Goldfinger versiyası Q by Aston Martin bölməsi tərəfindən yaradılıb.
Tündləşdirilmiş tizerdən nə isə başa düşmək çox çətindir: böyük ehtimalla, xüsusi versiyanın əsas xüsusiyyəti qızılı rəng olacaq, onun əsasını isə, Aston Martin DB12 kupesi təşkil edəcək. Superkarın içərisində “casus ləvazimatının” quraşdırılacağını gözləmək olar: onlar müasir modelin Şon Konnerinin qəhrəmanının idarə etdiyi Aston Martin DB5 ilə ideoloji qohumluğunu nümayiş etdirməlidirlər.
Aston Martin DB12 modelinin texniki hissəsinin dəyişdiriləcəyi proqnozlaşdırılmır: arxa ötürməli superkarın kapotunun aldına yerləşən Mercedes-AMG bölməsinin 4,0-litrlik V8 biturbo mühərriki 680 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 8-pilləli ZF avtomatik transmissiyası ilə tandemdə çalışır. Kupenin başlanğıc qiyməti təxminən 250.000 dollardır, lakin Ceyms Bonda həsr edilmiş fərdiləşdirmə proqramından sonra, bu qiymət əhəmiyyətli dərəcədə arta bilər.
Aston Martin DB12 Goldfinger Edition versiyasının təqdimatı bu gün, oktyabrın 14-də keçirilməlidir. Tədbir zamanı kupenin tirajı, müxtəlif bazarlar üçün kvotalar və qiymətlərin açıqlanacağı gözlənilir. Yeni, iyirmi altıncı Ceyms Bond filminin 2027-ci ildə buraxılması planlaşdırılır və filmin qəhrəmanlarından birinin hansısa Aston Martin avtomobilinin olacağı tamamilə mümkündür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.