Aston Martin şirkətinin Q bölməsi Vanquish S kupesinin Red Arrows adlı xüsusi variantını hazırlamışdır. Kembricdəki diler mərkəzinin sifarişi ilə hazırlanmış kupe Kral hərbi-hava qüvvələrinin RAF pilotaj bölməsinə həsr edilmişdir.
Superkarın kuzovu Eclat Red rənginə boyanmış, qara aksentlərə və Britaniya bayrağının rənglərində olan qrafika ilə bəzədilmişdir. Bundan əlavə, avtomobilin karbondan hazırlanmış damına da xüsusi qrafika çəkilmişdir.
Avtomobilin salonun tərtibatıda unikal xarakter daşıyır. Tünd-yaşıl rəng hərbi pilotların kombizenlarının rəngini xatırlatmalıdır. Bundan başqa, kresloların başlıqlarında hava eskadrasının loqotipləri həkk edilmişdir. Ön oturacaqların arxasında dəbliqələrin yerləşdirilməsi üçün xüsusi bölmə də yaradılmışdır. Avtomobililə birlikdə onun sahibi yarış kombinezonu, xüsusi gödəkcə, baqaj dəsti və avtomobil tentini, həmçinin Aston Martin Vanquish S avtomobilinin və Hawk təyyarəsinin kiçildilmiş modelini əldə edəcəkdir.
Xüsusi seriyadan olan kupelərdən cəmi 10 ədəd istehsal ediləcəkdir.
Məhdud seriyadan olan unikal avtomobillər RAF pilotlarının imzaları olan xüsusi lövhəcikləri əldə edəcəkdir.
Şirkətdən verilən məlumatda, avtomobillərdən birinin Kral HHQ-nın xeyriyyə fonduna hədiyyə ediləcəyi bildirilmişdir. Bu avtomobilin satışından əldə edilən vəsaitdən keçmiş hərbiçilərin və onlarlın ailələrinə yardım üçün istifadə ediləcəkdir. Aston Martin Vanquish S modeli 6,0-litrlik on iki silindrli mühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.
Aston Martin Vanquish S 100 km/saat sürətini 3,5 saniyəyə toplayır və 323 km/saat maksimal sürətə malikdir.