Aston Martin şirkətinin Q xüsusi layihələr bölməsi xüsusi sifarişlə hazırladığı yeni superkarı təqdim edib. Victor adlandırılan kupe, atelyenin müştərisinin xüsusi sifarişi ilə yrganə nüsxədə inşa edilib. Superkar V12 mühərriki ilə təchiz olunub və onun konstruksiyasında Valkyrie, məhdud saylı tirajla buraxılan One-77 və Vulcan trek avtomobilinin komponentlərdən istifadə edilib.
Q by Aston Martin bölməsi tərəfindən Victor adı təsadüfən seçilməyib. Superkarın eksteryerində V8 Vantage və Le Man marafonu üçün hazırrlanmış DBS V8 RHAM/1 modellərinə aydın istinadlar mövcuddur və hər iki avtomobil də Viktor Qontlettin Aston Martin Lagonda şirkətinin İdarə heyətinin sədri olduğu dövrdə yaradılmışdı. Yeni superkarın əsasını Aston Martin One-77 prototipi təşkil edir - unikal superkar tanınmaz dərəcədə dəyişdirilmiş və digər Aston Martin modellərinin hissələri ilə təchiz edilmişdir. Məsələn, avtomobilin damı - Valkyrie, tənzimlənən amortizatorları - Vulkan, xarici dekoru isə DBX modelindən götürülüb.
Avtomobilin kuzov panelləri tamamilə karbonplastikdən hazırlanmış və Pentland Green rənginə boyanmışdır. Tünd yaşıl rəng Q bölməsi tərəfindən 1970-ci illərdə britaniya markasının avromobilləri üçün təklif olunan rənglərdən yaradılıb.
İnteryer tərtibatında liflərinin toxunması görünən karbonplastikdən, iki rəngli dəridən, qoz ağacı şponundan , anodlaşdırılmış alüminium və cilalanmış titandan istifadə edilib. Lakin, Aston Martin Victor modelində əsas bunlar deyil.
Aston Martinin Voctor modelinin əsas elementi ounun mühərrikidir - 7,3-litrlik on iki silindrli atmosfer mühərriki məşhur Cosworth firması tərəfindən təkmilləşdirilib. 760 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən mühərrik artıq 847 at qüvvəsinə və 821 Nm fırlanma anına malikdir. Mühərrikin gücü arxa oxa altı pilləli mexaniki transmissiya vasitəsilə ötürülür.
Victor karbon-saxsı mexanizmləri olan Brembo əyləc mexanizmləri ilə təchiz edilib - əyləc sistemi GT3 kateqoriyasında çıxış edən avtomobillərin səviyyəsində əyləc effektivliyini təmin edir.
Avtomobilin optimallaşdırılmış splitter, diffuzor və "ördək quyruğu" spoylerindən aerodinamik dayağı mənfi 842 Nm (təxminən 86 kiloqram) qaldırma gücü hasil edir ki, bu da Vantage GT4 modelidə olduğundan çoxdur.
Aston Martin Victor modeli yeganə inşa edilməklə yanaşı, mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş ən güclü Aston Martin adını daşıyacaqdır. Məlum məsələdir ki, sahibi avtomobilin qiymətinin açıqlanmasını istəməyib.