Dəbdəbəli kupelərin istehsalçısı olan Aston Martin şirkəti Avropa patent bürosunda DBZ adını qeydiyyata almışdır. Bu indeks altında hansı avtomobilin təzahür edəcəyi hələlik qaranlıq qalır. Çox güman ki, naməlum modelin indeksindəki Z hərfi məşhur italyan kuzov atelyesi olan Zagato firmasına bir işarədir. İtalyan atelyesinin, misal üçün DB11 superkarının əsasında Aston Martin üçün yeni bir avtomobilin hazırlaması da istisna edilmir. İtalyan atelyesinin bu prosesdə iştirak etməsini dolayısı ilə sübut edən faktorun patentin iki dildə - ingilis və italyan dillərində qeydə alınması olmuşdur.
Qaydalara əsasən, qeydiyyat üçün ərizə iki avropa dillərində - ingilis, fransız, alman, ispan və ya italyan dilindən birində təqdim edilməlidir. Aston Martin və Zagato atelyesi 50 ildən artıq bir müddətdir ki əməkdaşlıq edilər. Tərəflər 1960-cı ildə DB4 GT Zagato, 1986-cı ildə isə V8 Zagato kupe və kabrioletinin hazırlamışdırlar. 2002-ci ildə DB7 Zagato sportkarı, 2011-ci ildə isə V12 Zagto superkarı işıq üzü görmüşdür.
Bir müddət bundan öncə tərəfdaşlar Aston Martin Vanquish Zagato konseptini təqdim etmişdirlərl. Konseptual superkaı gücü 576-dan 600 at qüvvəsinə artırılmış 5,9-litrlik V12 atmosfer tipli mühərriklə hərəkətə gəlir.
Bundan başqa, mütəxəssislər avtomobilin sükan sisteminin daha iti olması üçün asqı sistemini yenidən işləmişdirlər. Konseptin dinamik xarakteristikaları açıqlanmamışdır. Standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir.