Aston Martin şirkəti ilki Valhalla modeli olacaq ortamühərrikli superkarlar xətti üçün hazırladığı yeni mühərrik haqqında məlumatı açıqlayıb. Bu, hibrid qurğunun tərkib hissəsi olacaq altısilindrli turbomühərrikdir. Yeni turboaqreqat britaniya istehsalçısının 1968-ci ildən bəri müstəqil şəkildə hazırladığı ilk mühərrikdir.
TM01 zavoddaxili koda, turbokompressora və 3,0-litrlik iş həcminə malik olan yeni V-şəkilli mühərrik, 1950-1960-cı illərdə Aston Martin üçün bir neçə vacib mühərriki hazırlanmış polyak mütəxəssis Tadeuş «Tadek» Marekin şərəfinə adlandırılıb. İstehsalçının sözlərinə görə, altısilindrli mühərrik elektrikləşdirilmiş güc qurğusunun tərkib hissəsi olacaqdır. Hibrid qurğu adi və ya şəbəkədən qidalanan modifikasiyalarda təklif ediləcəkdir. Hibrid qurğunun hasilatı modeldən asılı olaraq dəyişəcəkdir. İstənilən halda, V6 mühərrikinin əsasında yaradılmış hibridlər hazırkı Aston Martin avtomobilləri arasında ən güclü modellər olacaqdırlar.
Yeni bir mühərrik hazırlayarkən mühəndislər Valkyrie modelinin inşası zamanı qazandıqları təcrübədən istifadə ediblər. Mühərrikin bütün elementləri sıx şəkildə yerləşdirilmiş, turbokompressorlar «Hot-V» sxeminə görə blokun aralığında quraşdırılmış və «quru» yağlama sistemi istifadə olunmuşdur. Bu konfiqurasiya güc qurğusunu olduqca yığcam və yüngül edib - onun ümumi çəkisi 200 kiloqramdan azdır. Bununla yanaşı, mühərrik zərərli tullantıların səviyyəsinə görə, 2025-ci ilədə qəbul edilməsi planlaşdırılan Avro-7 standartlarına cavab verir.
Yeni hibrid güc güc qurğusunu alan ilk Aston Martin modeli, 2022-ci ildə debüt etməsi planlaşdırılan Valhalla superkarı olacaqdır. Modelin Maraqlı cəhətlərindən biri NASA tərəfindən 2014-cü ildə Gulfstream III biznes-cetində sınaqdan keçirilən FlexFoil texnologiyasına sahib olan bir spoylerdir. Bu texnologiya, bütün səthi əymək əvəzinə hidravlik aktuatorların köməyi ilə profilini dəyişdirməyə qadir olan adaptiv arxa hissədən ibarətdir.