Britaniyanın bahalı idman avtomobilləri istehsalçısı olan Aston Martin şirkəti «Aeroblade» adlı əmtəə nişanını qeydə almışdır. Söhbət əlbəttə ki, yeni avtomobildən deyil, istehsalçının bildrdiyi kimi, «sərnişin və yarış avtomobillərinə quraşdırılan» aərodinamik elementdən gedir. Bir çoxlarının iddia etdiyinə görə, «Aeroblade» yeni arxa aerodinamik qanadın adıdır. Lakin, bu əmtəə nişanı karbondan hazırlanan kuzovun aerodinamik elementlər dəstinə verilə bilər. Yeni dəst avtomobilin zahiri görkəmini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Bu iilin mart ayında keçirilmiş Cenevrə avtomobil sərgisində Aston Martin şirkəti Vulkan adlı trek avtomobilinin konseptini nümayiş etdirmişdir. Avtomobil iri radiator barmaqlığı və birləşdirilmiş ön splitteri olan nadir ön bamperlə təchiz edilmişdi. Bundan əlavə, superkar arxa hissədə quraşdırılmış iri qanadla da yadda qalmışdır.
Konsept karbon liflərindən hazırlanmış monokok, yüksək sürtünməli differensial, 360 və 380 millimetrlik Brembo karbon-keramik əyləc diskləri, tənzimlənən amortizatorları olan asqı sistemi və köndələn dayanıqlıq stabilizatoru ilə təchiz edilmişdir. Avtomobil 800 at qüvvəsinə malik 7,0-litrlik V12 atmosfer benzin mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli sekvental sürətlər qutusu ilə birlikdə çalışır.
Sərgi başa çatdıqdan sonra, britaniyalılar avtomobilin istehsal olunmayacağını, lakin konseptdə həllini tapmış bir sıra elementlərin seriya avtomobillərində tətbiq ediləcəyini bildirmişdirlər. Bizim fikrimizcə, «Aeroblade» əmtəə nişanı həmin bu elementlərin dəstinə verilmiş addır.