Aston Martin şirkəti zavod daxili Project 003 adına malik olan yeni hiperkarın təsvirini dərc edib. Aston Martin Valkyrie hiperkarından texnologiyaları ilə təchiz ediləcək ortamühərrikli hibrid 2021-ci ildə bazara çıxarılacaqdır. Kupenin tirajı 500 nüsxə ilə məhdudlaşdırılacaq.
Project 003 Valkyrie və Valkyrie AMR Pro trek modelindən sonra Aston Martin markasının üçüncü hiperkarı olacaqdır. Yeni hiperkarı yüngülləşdirilmiş güc strukturu ətrafında inşa ediləcək və benzin-elektrik aqreqatı ilə təchiz olunacaqdır. Bundan başqa, 003 aktiv asqıya və aktiv aerodinamik elementlərə sahib olacaqdır.
Aston Martin adı Valhalla ola biləcək hiperkarın daha praktik və gündəlik istismar üçün daha yararlı olacağını bildirib. Belə ki, hiperkar baqaj bölümünə malik olmalıdır. Modeli bütün bazarlar üçün sertifikatlaşdıracaqlar.