Aston Martin şirkəti patent bürosunda Valen ticarət nişanını qeydə alıb. Latından gələn “valens” sözü “güclü” və “fəal” deməkdir. AutoGuide nəşri bu adın bir müddət bundan öncə Cenevrə avtosalonunda debüt edən ortamühərrikli AM-RM-003 hiperkarına veriləcəyini güman edir.
Yeni hiperkar Red Bull Advanced Technologies mühəndislik firmasının yardımı ilə yaradılıb. Aston Martin Valkyrie modelinin yaradılmasında iştirak etmiş firma, AM-RB 003 modelinin dizayn və texniki hissənin hazırlanmasına cavabdeh olub. Aston Martin Valkyrie modelində götürülmüş aerodinamika, unikal FlexFoil texnologiyası ilə tamamlanıb.
FlexFoil dəyişən formaya malik olan və hücum bucağını dəyişmədən yerəbasma gücünü tənzimləyən antiqanaddır. Bu texnologiya aeronavtikadan götürülüb. Orada bu texnologiya aktuatorlar tərəfindən idarələnən və qanadlara inteqə edilən adaptiv çəpərciklərdə istifadə olunur. FlexFoil müqavimət əmsalını azaltmağa və hava axınlarının burulmasının qarşısını alır. Avtomobilin seriya variantında antiqanad ön və arxa kənarın güclü əyilməsini təmin edəcək, aktuatorların işə düşməsi sürəti isə hiss olunacaq dərəcədə tezləşəcəkdir.
Qalan sahələrdə AM-RB 003 Valkyrie modelini təkrar edir. Hiperkarların nəinki silueti eynidir, hətta onların işıq texnikası da bənzərlik daşıyır. Aston Martin nümayəndələri AM-RB 003 modelinin fənərlərinin DB11 modelinin bir fənərindən yüngül olduğunu qeyd edib.