Aston Martin şirkəti özünün yeni superkarının adını elan edib. Əvvəllər AM-RB-003 indeksi ilə tanınan superkar Valhalla adını alıb. Alman-skandinav mifologiyasında Valhalla, skandinav tanrılarının atası Odinin əmri ilə valkiriyaların həlak olmuş döyüşçülərin ruhlarını apardıqları cənnətin adıdır.
Yeni superkar Red Bull Advanced Technologies mühəndislik firmasının yardımı ilə yaradılıb. Aston Martin Valkyrie modelinin yaradılmasında iştirak etmiş firma, Valhalla modelinin dizayn və texniki hissənin hazırlanmasına cavabdeh olub. Aston Martin Valkyrie modelində götürülmüş aerodinamika, unikal FlexFoil texnologiyası ilə tamamlanıb.
Qalan sahələrdə Valhalla Valkyrie modelini təkrar edir. Avtomobillərin nəinki silueti eynidir, hətta onların işıq texnikası da bənzərlik daşıyır. Aston Martin nümayəndələri Valhalla modelinin fənərlərinin DB11 modelinin bir fənərindən yüngül olduğunu qeyd edib.
Aston Martin Valhalla modelinin əsasını karbon monokok təşkil edir. Avtomobilin kuzov panelləri də karbondan hazırlanır. Kupe V6 turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu, aktiv asqı, yeyinçıxarılan konteyneri olan Nexcel yağlama sistemi və Vulcan trek modelindən alınmış elektron idarəetmə bloku ilə təchiz edilir.