Aston Martin şirkəti iki il əvvəl möhtəşəm V12 tvin-turbo mühərriki ilə vidalaşdığını elan edib. Belə mühərriklə təchiz edilən sonuncu avtomobil 333 nüsxədə istehsal olunan Aston Martin V12 Vantage modeli olmalı idi. Flaqman Aston Martin DBS modeli hələ də şirkətin istehsal proqramında (xüsusi DBS 770 Ultimate vida versiyası) qeydiyyatdadır, baxmayaraq ki, DB12 modeli artıq tamamilə AMG V8 mühərriklərinə keçib.

Ancaq qəflətən Aston Martin modellərinin elektrikləşdirilməsinin təxirə salındığı və V12 mühərrikinin yerində qaldığı məlum olub! Üstəlik, şirkət 2001-ci ildən bəri buraxılan mühərrikin təkmilləşdirilmiş versiyasını hazırlandığını bəyan edib.

Yeni V12 mühərrikinin həcmi hələlik açıqlanmayıb, lakin Aston Martin genişmiqyaslı təkmilləşdirmələrin siyahısını açıqlayıb. Mühərrikin gücləndirilmiş silindr bloku və sürgü qollarını, modernləşdirilmiş silindr başlığı və paylayıcı valları, həmçinin yeni giriş və buraxılış kollektorlarını adlığı elan edilib.

Alışdırma şamlarının yerləşdirilməsinə yenidən baxılıb və daha səmərəli yanacaq injektorları quraşdırılıb. Nəhayət, yeni aşağı ətalətli turbokomporessorlardan istifadə edilib. Nəticədə,  yeni mühərrik  835 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir. Müqayisə üçün: yuxarıda qeyd olunan xüsusi DBS 770 Ultimate versiyasının mühərriki 770 at qüvvəsi və 900 Nm fırlanma anı təklif edir.

Image alt Image alt Image alt

Yenilənmiş V12 mühərrikini alan ilk model, Aston Martin DBS superkarını əvəz edəcək və DB12 modelindən bir pillə yuxarıda yerləşəcək yeni nəsil Aston Martin Vanquish kupesi olacaq. Model artıq sınaqdan keçirilir.

Şirkət on iki silindrli mühərriklərin kiçik miqyaslı və hətta məhdud buraxılışlı modellərin imtiyazı olacağını bildirib, ona görə də, kiçik Aston modellərin onun quraşdırılacağını gözləmək əbəsdir. Vanquish modelinin premyerası bu ilin sonuna qədər baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.