Çinli fotoqraf Quançjouda uzun müddətdir ki tərk edilmiş Ferrari və Maserati dilerinin binasında üç nüsxədə istehsal olunan unikal Porsche Carrera GT superkarlarından birini aşkar edib.
2007-ci ildə Çinin hakimiyyət orqanları lüks malların istehlakını məhdudlaşdırmaq məqsədi ilə növbəti antikorrupsiya kampaniyasına başlayıb. Nəticədə bahalı avtomobillərə tələb kəskin şəkildə aşağı düşüb və bir çox diler salonları bağlanmağa məcbur olublar. İndi Çində 2012-ci ildən bəri Quançjouda iflas etmiş Ferrari və Maserati dilerlərinin birinin anbarında dayanan unikal Porsche Carrera GT superkarı aşkar edilib. Seriya nömrəsi 1255 olan superkarı fotoqraf Ceyms Von tapıb. Ümumilikdə, Porsche Carrera GT superkarı 1270 nüsxəlik tirajla buraxılıb.
Avtomobilin əsas xüsusiyyəti ondadır ki, bu superkar Zanzibar Red Metallic firmasının rənginə boyanmış üç nüsxədən biridir. 2006-cı ilin istehsalı olan superkar Çinə gətirilməzdən əvvəl Almaniya və Rusiyada olduğu bildirilir. Satılan narıncı-qırmızı Carrera GT modelinin iki sahibinin və onun odometrində 4581 kilometrlik göstərici olduğu bildirilir. Dərc edilmiş şəkildən superkarın əla vəziyyətdə olduğu görünür.