Audi şirkəti 2016-cı ildə model çeşidini genişləndirilməsinə 3,2 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu bildirmişdir. Alman şirkəti bu vəsaitlərin yarısını, Nekralsum və İnqolştat şəhərlərindəki zavodlara xərcləməyi planlaşdırır. Audi ətraflı məlumat verməkdən imtina etsə də, 2016-cı ilin krossover ili olacağını bildirmişdir. Artıq gələn ildə, alman şirkətinin yığcam Audi Q2 krossoverinin ilk nəslini və orta ölçülü Audi Q5 krossoverinin isə ikinci nəslini təqdim edəcəyi təsdiqlənmişdir.
Audi Q2 modelinin buraxılacağının elanı, alman şirkətinin Fiat-Chrysler alyansı ilə Q2 adı ətrafında yaranmış qalmaqalı həll etdiyinə işarə edir. Yeni model barədə məlumatın cüzi olmasına baxmayaraq, onun qısaldılmış MQB platformasında istehsal ediləcəyi, uzunluğunun 4,4 metr, eninin isə 1,8 metr olacağı söylənilir. Audi Q5 krossoverinin ikinci nəsli isə, yeni Audi Q7 və Audi A4 modellərinin istehsalında istifadə edilən MLB evo platformasında yaradılacaqdır.
Audi şirkətinin rəhbəri Rupert Ştadler sərmayənin «xeyli hissəsinin» alternativ sürüş sistemlərinin yönəldiləcəyini bildirmişdir. Onun sözlərinə görə, vəsaitin əsas hissəsi, e-tron quattro concept kimi təqdim edilmiş prototipin seriya variantı olan Audi Q6 e-tron quattro avtomobilinin buraxılışına xərclənməlidir.
Bu model, 2020-ci ilə kimi buraxılması nəzərdə tutulan 60 müxtəlif avtomobillərdən biri olacağı da məlumdur.
Audi e-tron quattro concept
Yeni sərmayə qoyuluşları ilə bərabər Audi şirkəti xərclərin optimallaşdirilması üzərində ciddi çalışmalar aparır.
Buna baxmayaraq, şirkətin maliyyə direktoru Aksel Strosbek yeni modellərin buraxılışı planlarının qüvvədə qaldığı və «şirkəti onun gələcəyinin hesabına xilas etməyəcəklərini, amma hər bir sərmayə qoyuluşu ciddi tədqiq ediləcəklərini» bildirmişdir.