Audi şirkəti 2018-ci il üçün model xəttinin inkişaf planını açıqlayıb. Plana əsasən, alman istehsalçısı Audi Q8 və yeni nəsil A6 modeli yanaşı A1 Sportback modelini, həmçinin «qaynar» SQ2 və yeni nəsil Q3 krossoverlərini təqdim edəcəkdir.
Yığcam A1 modeli üçqapılı kuzovdan məhrum ediləcək və böyük qardaşı A3 Sportback kimi yalnız beşqapılı variantda buraxılacaqdır. Yeni model Volkswagen konserninin MQB modul platformasında inşa ediləcəkdir. A1 modelinin istehsalı Belçikadan Seat şirkətinin Martorele şəhərindəki zavoduna keçiriləcəkdir. «Qaynar» SQ2 krossoveri Audi S3 modelindən tanış olan 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Aqreqatın hasilatı 300 at qüvvəsi və 380 Nm fırlanma anı təşkil edəcəkdir. Audi Q3 modelinin yeni nəsli də MQB modul platformasında inşa ediləcəkdir. Yeni krossoverin mühərrik qammasına üç və dörd silindrli turbomühərriklər daxil ediləcəkdir.
Bu il Audi tam elektrik krossoveri olan E-Tron modelini təqdim edəcəkdir.