Bir neçə gün bundan öncə elektrik mühərrikləri ilə təchiz edilmiş Audi RS3 prototipinin superkarlarla yarışdığı barədə yazmışdıq. Schaeffler mühəndislik firması tərəfindən yaradılmış prototip 4ePerformance adlanır.
Bu günlərdə prototip daha qeyri adi bir yarışda iştirak edib. Prototip yenidən Porsche 911 GT2 RS superkarı ilə yarışıb. Prototip əvvəl də bu superkarla yarışmışdı, lakin bu dəfə o arxa ötürmə ilə hərəkət edərək yenidən superkara qalıb gəlib.