Audi şirkəti iki top RS modelini - RS 6 Avant performance universalını və RS 7 Sportback performance liftbəkini nümayiş etdirib. Hər iki model dekabr ayında Avropa bazarına çıxarılacaq və gücü 630 at qüvvəsinə qədər artırılmış 4,0-litrlik V8 biturbo mühərrikini alacaqdır.

RS modelləri zəngin təchizat ilə seçiləcəklər. Məsələn, RS Dynamic paketi top versiyalarının standart avadanlıq siyahısına daxil edilib. Opsiyalar siyahısına ressoraltı kütlələri 20 kiloqram azaldan xüsusi təkər diskləri və keramik əyləclər daxildir.

Audi RS 6 Avant performance və RS 7 Sportback performance modelləri 135 min avroya başa gələcəklər. Əvvəllər olduğu kimi, avtomobillər 48-voltluq starter-generatoru olan 4,0-litrlik V8 biturbo mühərriki, səkkiz pilləli tiptronic “avtomatı” və quattro tam ötürmə sistemi ilə təchiz olunurlar. Quattro sisteminin mərkəzi mexaniki diferensialı dartma qüvvəsini 40:60 nisbətində bölür.

Performance nişanı standart turbokompressorların daha böyükləri ilə əvəz olunduğundan, üfürmənin təzyiqinin 2,4-dən 2,6 bara qədər artırıldığından, habelə mühərrikin 30 at qüvvəsi və 50 Nm daha çox hasil etdiyindən xəbər verir. Artıq turbomühərrikin hasilatı 630 at qüvvəsi və 850 Nm fırlanma anı təşkil edir ki, bu da 100 km/saat həddinə sürətlənmə zamanı 0,2 saniyə üstünlük verir: hər iki model bu işə 3,4 saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, top səviyyəli RS modelləri adilərindən səkkiz kiloqram yüngüldür, çünki onlar mühərrik bölməsi və arxa tərəf ilə salon arasındakı səs izolyasiyasının bir hissəsindən məhrum ediliblər.

Avtomobillərin döymə-frezerlənmiş 22-düymlük təkər diskləri ilə təchiz olunması halında, hər bir disk beş kiloqram ressoraltı kütləyə qənaət etməyə imkan verəcəkdir. Continental Sport Contact 7 şinləri isə,  100 km/saat sürətindən tam dayanmaq üçün lazım olan əyləc məsafəsini iki metr azaldacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Performance modelləri standart olaraq RS Dynamic paketi ilə gəlir. Bu dəstə maksimal sürətin 280 km/saat həddinə çəkilməsi, idman diferensialı və xüsusi iş alqoritmi olan arxa təkərlərin dönmə mexanizmi daxildir. Opsional RS Dynamics Package plus dəsti isə, maksimal sürət həddinin 305 km/saata çəkilməsini və keramik əyləcləri (polad analoqundan 34 kiloqram yüngül) ehtiva edir.

RS 6 Avant performance və RS 7 Sportback performance modelləri üçün yeni tutqun Ascari Blue və Dew Silver rəngləri də daxil olmaqla 16 kuzov rəngi təklif ediləcəkdir. İnteryer tərtibatında  alkantara, Dinamica mikrofiberi və perforasiya edilmiş Valcona dərisindən istifadə edilir.Üstəlik, performance modellərində tətbiq olunan “boz-qırmızı” bəzək sxeminə üçüncüsü - mavi sxem əlavə edilib. Bu rəngdən dekorativ tikişlər və təhlükəsizlik kəmərlərində istifadə olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.