Fransada keçirilən hərracların birində qeyri-adi bir lot satışa çıxarılmışdır. Söhbət, 1992-ci ildə keçirilən French Supertouring Championship yarışlarında finiş xəttini birinci olaraq adlamış Audi 80 quattro avtomobilindən gedir. Qeyd etmək lazımdır ki, bir ildən sonra avtomobil təkmilləşdirməyə məruz qalmışdır. Standart 1,8-litlik mühərrikin əvəzinə 2,0 8V mühərriki quraşdırılmışdır. Yeni güc aqreqatının bir sıra elementləri yüngül qarışıqlıqlardan hazırlanmışdır ki, bunların sırasına silindr başlığı da daxil olmuşdur.

Bundan əlavə, mütəxəssislər mühərrikə təzyiqi 2,25 bar olan KKK turbokompressorunu da quraşdırmışdırlar. Nəticədə mühərrikin gücü 400 at qüvvəsinə qədər yüksəlmişdir. Eyni zamanda, avtomobilin çəkisi hiss ediləcək dərəcədə - 1140 kiloqrama qədər azaldılmışdır. Buna səbəb, yüngülləşdirilmiş kapot, baqaj hissəsi və qapılar olmuşdurlar.

Hər bir yarış avtomobili kimi, Audi 80 quattro kuzov eçen nəzərdə tutulmuş xüsusi yarış dəsti ilə təchiz edilmişdir ki, bunun da ən gözəçarpan elementlərindən biri 19-düymlük BBS təkər diskləridir. Avtomobilin salonu da yarışlar üçün tam uyğundur - burada Recaro idman oturacaqlarını, karbon və kevlardan hazırlanmış paneli görmək mümkündür.

Sportkarın başlanğıc qiymətinin 270 min ABŞ dolları olduğu söylənilir.