Audi şirkəti Avropada City Carver adını patentləşdirib. «Şəhər kəsicisi» kimi tərcümə edilən adın yeni nəsil Audi A1 Sportback yığcam hetçbekinin kross-versiyasına veriləcəyi güman edilir. A1 modelinin kross-versiyasının öndən çəkişlə olması, ona Allroad indeksinin verməsini məntiqsiz edir.
İlkin məlumata görə, təkmilləşdirmələr həcmi bu janr üçün standart olacaqdır - yəni, hetçbek təkər tağları və kandarlarda quraşdırılan plastik əlavələrə, dəyişdirilmiş bamperlərə və bir qədər artırılmış klirensə malik olacaqdır. Bundan başqa, City Carver texniki cəhətdən adi hetçbekə bənzər olacaqdır.
Yeri gəlmişkən, 2014-cü ildə Audi A1 modelinin bənzər modifikasiyası olub. Actice Style adlı dəsti 1500 avroya sifariş etmək olardı. Fransız bazarında isə, model üçün ayrıca Active təchizatına malik olan versiyaya malik idi. Audi A1 City Carver isə, A1 modelinin xəttində ayrı modifikasiya kimi təklif ediləcəkdir.