Audi A5 modelinin növbəti nəslinin təqdim ediləcəyi 2 iyun tarixi yaxınlaşdıqca, Audi şirkəti tərəfindən dərc edilən gif-rəsmlər vasitəsi ilə ğtürülən məlumatların sayı da artmaqda davam edir. Bu gün dərc edilmiş tizerlərdə avtomobilin ön işıq texnikasının dizaynı açıqlanmışdır. Təsvirlərdən də göründüyü kimi, Audi A5 modelinin ön fənərləri LED texnologiyalardan istifadə edilərək yaradılmışdır. Şübhəsiz ki, İnqolştat istehsalçısı adi LED fənərlərlə yanaşı ksenon və matrisa tilpi LED fənərləri də təklif edəcəkdir.
Xatırladaq ki, bu gündən başlayaraq yeni avtomobilin təqdimatı keçiriləcək İnqolştat şəhərində, Audi şirkətinin mənzil-qərargahının binası üzərində möhtəşəm lazer şousu təşkil ediləcəkdir. İstehsalçı şounu təşkil etməklə Audi A5 kupesinin yaradıldığı şəhərin sakinlərinə öz minnətdarlığını bildirmək arzusundadır.
Lazer şousu ilə bərabər, mənzil-qərargahın önündə sitayiş obyektinə çevrilmiş on iki ədəd kupe avtomobili nümayiş etdirilməlidir. Alman istehsalçısı tərəfindən təşkil edilmiş lazer şousu 30 may tarixinə qədər davam edəcəkdir.
Əllidən çox proyektor videogörüntüləri şirkətin binasının divarlarında əks etdirəcəkdir. Hər bir videoçarxın yayımlanmasına on dəqiqədən çox vaxt sərf edilməməlidir.
Yeni kupenin təqdimatına gəldikdə isə, Audi A5 modelinin ilk rəsmi nümayişinin 2 iyun tarixində təşkil ediləcəyi bildirilmişdir. Çox güman ki, təqdimat elə buradaca, İnqolştatda baş tutmalıdır.