Audi şirkəti rəsmi olaraq yeni nəsil A5 kupesinin təqdim ediləcəyi vaxtı açıqlamışdır. Alman şirkəti, yeni kupenin rəsmi təqdimatını 2 iyun tarixində Bakı vaxtı ilə saat 20:15-də nümayiş etdirəcəkdir. Bu məlumatla bərabər, Audi şirkətinin mətbuat xidməti yeni A5 modelinin iki tizerini də dərc etmişdir. Öz növbəsində, OmniAuto nəşri avtomobilin kamuflyajlı şəkilləri üzərində işləyərək S5 modelinin yeni renderini hazırlamışdır. Yeni kupe Audi A4 ailəsindən olan sedan və universalla eyni platformada hazırlanacaqdır. Audi A5 modeli həmçinin, A4 modeli ilə mühərrik qammasını da bölüşəcəkdir.

Artıq xəbər verdiyimiz kimi, premyera öncəsi, İnqolştatdakı mənzil-qərargahının binası üzərində möhtəşəm lazer şousu təşkil edəcəyini bildirmişdir.

İstehsalçı şounu təşkil etməklə Audi A5 kupesinin yaradıldığı şəhərin sakinlərinə öz minnətdarlığını bildirmək arzusundadır. Lazer şousu ilə bərabər, mənzil-qərargahın önündə sitayiş obyektinə çevrilmiş on iki ədəd kupe avtomobili nümayiş etdiriləcəkdir. 

Alman istehsalçısı tərəfindən təşkil edilmiş lazer şousu 25 may tarixindən 30 maya qədər davam edəcəkdir. Əllidən çox proyektor videogörüntüləri şirkətin binasının divarlarında əks etdirəcəkdir. Hər bir videoçarxın yayımlanmasına on dəqiqədən çox vaxt sərf edilməməlidir.

Image alt Image alt