Dördqapılı kupe tipli avtomobil kuzovlarının dəbə minməsi, avtoistehsalçıları yeni alternativlər yaratmağa məcbur edir ki, rəqiblərdən fəqrlənsinlər. Audi A5 Sportback üç növ avtomobil sinifinin sinerjisindən yaranıb. Sedan, hetçbek və kupe kuzovlarının üstünlüklərini özündə birləşdirən bu model xüsusi diqqət cəlb edir. Audi A5 Sportback modelinin ikinci nəsli olan bu avtomobilin test sürüşlərini çoxdan planlayırdıq. Amma hava durumu buna imkan vermirdi. Sonunda havanı nəzərə almadan Audi Bakı Mərkəzindən A5 Sportback modelini dörd günlük testə götürdük.

Kupе́ (fransızca coupé) — bağlı tip minik avtomobilinin kuzovu. İki qapısının, bir yaxud iki sıra oturacaqların, strukturca ayrıca baqaj hissəsinin və ara qapının yuxarı açılmaması ilə fərqlənir. İlk zamanlar “kupe” iki və üç yerli bir sıra oturacaq ilə təhciz olunurdu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin salonuna ilk oturub, onun mühərrikini işə salanda, “Rotatuy” çizgi filmində restoran tənqidçisinin yeməyin dadına baxan anda uşaqlıq xatirələri canlanan kimi, mənim də yaddaşımın dərinliklərindən uşaqlıq illərim gəldi. O zaman ad günümdə hədiyyə verilən 80-ci illərin istehsalı Audi Coupe B2 oyuncaq avtomobilini xatırladım. Hətta, onun qırmızı rəngdə olması məni təəcübləndirdi. Bizim uşaqlıq təəssuratlarımız gələcək həyatdakı zövqümüzə təsiri danılmazdır. Yəqin ki, məhz ona görə də qırmızı rəng mənim ən sevimlimdir. 10 yaşında maşın sürməyi öyrəndiyim VAZ 21011, habelə son avtomobilim və motosiklim də məhz qırmızı rəngdə olub.

Coupe kuzovlu avtomobillər də mənim seçimimdir, amma iki qapılısı. 1993-cü ildə İstanbulda tələbə olduğum zaman ilk dəfə BMW 3-Series kupe alacağımı arzulamağa başladım. 2002-ci ildə arzum çin oldu və mən ölkəmizdə ilk kupe avtomobilini jurnalımıza uzunmüddətli testə aldım - özü də BMW 320 CI modifikasiyasında. Bununla, idman avomobillərinin təşviqinə start verdik. Hər zaman mənə yaxınlaşaraq avtomobilin çox gözəl olmasına baxmayaraq, iki qapılı olmasından gileylənirdilər. Deyirdilər ki, əladır, amma iki qapı işə yaramır. Elə bu fikirləri nəzərə alaraq, Mercedes-Benz dizaynerləri ilk dəfə CLS modelini təqdim etdilər. Bu yenilik kupe üslubunda yeni siniflərin yaradılmasına təkan verdi.

Image alt Image alt Image alt Image alt

İkinci nəsil A5/S5 Sportback modelləri MLB Evo modul platformasında inşa edilib. Sələfinənisbətən yeni avtomobil 85 kiloqram daha yüngüldür və 1470 kiloqramlıq tamçəkiyə malikdir. Beləliklə, Audi A5 Sportback modelinin öz seqmentində olan avtomobillər arasında ən yüngülü olduğunu söyləmək olar. A5 Sportback modelinin qabarit uzunluğu 4752 millimetr, eni – 1843 millimetr, hündürlüyü isə 1384 millimetrdir. Təkər bazasının uzunluğu 2825 millimetrə bərabərdir.

İkinci nəsil A5 Sportback modelinin interyerinin dizaynı yeni Audi A4 modelinin interyeri ilə bənzərlik daşısa da, sonuncuya nisbətən daha çox məkan təklif edir. Alman mütəxəssislərin iddiasına görə, yeni modelin salonu əvvəlkinə nisbətən 17 millimetr artıbdır.  Sürücü və ön sərnişinin çiyin hissəsindəki məsafə isə 11 millimetr artırılıbdır. Bundan başqa, arxa sərnişinlərin ayaq hissəsindəki məkan 24 millimetr genişlənibdir. 

Image alt Image alt Image alt Image alt Image alt

Test avtomobilini təhvil alarkən al rəngli olmasını gözləmirdim. Avtomobili Audi Bakı Mərkəzinin qarşısında görəndə bir neçə dəqiqə ona diqqətlə baxdım və onun nə qədər möhtəşəm göründüyünü düşündüm. Qırmızı rəng həm idman avtomobilinin, həm sürətin, həm də qələbənin rəngidir. Ağ-qara avtomobil axının içərisində ayrıcalığı da diqqət çəkir. Bundan başqa qırmızı avtomobil daha tez görünür, ona görə də daha təhlükəsiz sayılır.

İkinci nəsil Audi A5 Sportback öncəki nəsilin dizayn formasını saxlayaraq təkamül edib. Yeni model qısa kuzov çıxıntılarını, uzadılmış təkər bazasını, cazibədar kuzov xəttlərini, hündürlüyü azaldılmış və eni artırılmış radiator barmaqlığını, işıqdiodlarından hazırlanmış işıq texnikasını və iri təkər disklərini əldə edib.

A5 modelinin təchizatına 12,3-düymlük rəqəmsal displeyi olan Virtual Cockpit adlanan rəqəmsal cihazlar paneli, işıqdiodlarından hazırlanmış ön işıq texnikası, mərkəzi konsolda 8,3-düymlük ekranı və taçpadı olan, Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən MMI multimedia sistemi daxildir. Avtomobilin bir sıra sistemlərini smartfona yazılmış tətbiqin köməyi ilə idarə etmək mümkündür. Buna misal olaraq, mərkəzi kilid sistemini göstərmək olar.

Modelin əlavə avadanlıq siyahısına smartfonların naqilsiz qidalanması üçün xüsusi meydança, Bang&Olufsen səs sistemi, yol nişanlarının oxunması, zolaqlara və kor zonalara nəzarət sistemləri, avtomatik parketmə sistemi, tıxaclarda avtomobili sərbəst hərəkət etdirən adaptiv kruiz-kontrol və 4G LTE şəbəkələrinəqoşulmağı təmin edən Wi-Fi nöqtəsi daxil edilmişdir. Almaniyada A5 modeli Avropada mobil internetə daxil olmaq imkanı yaradan quraşdırılmış eSIM kartı ilə də təklif edilir. Azərbaycanda eSim texnologiyasının olmaması bu opsiyadan istifadə etmək imkanı vermir. 

Texniki cəhətdən yeni model A5 modelləri üçün təklif edilən gücü 190 – 286 at qüvvəsi arasında dəyişən iki benzin (TFSI) və üç dizel (TDI) mühərrikləri ilə təchiz edilir. Mühərriklər 6-pilləli mexaniki, 7-pilləli S Tronic “robotu” və 8-pilləli Tiptronic avtomatik sürətlər qutusu ilə komplektləşdirilə bilərlər.  Əlbəttə ki, məşhur quattro tam çəkiş sistemini də unutmaq lazım deyil.

Test modeli 2,0-litrlik 252 at güvvəli  dörd silindirli turbomühərriklə təchiz olunub. Maksimal fırlanma anı 370 Nm təşkil edir. Mühərrik 7-pilləli S-Tronic sürətlər qutusu və Quattro tam çəkiş sistemi ilə birlikdə işləyir. Zavod məlumatına görə 0-dan 100 km/saata avtomobil 6,0 saniyəyə sürətlənir. Bunu yeni A5 Sportback modelinin standart təhcizatına daxili olan Launch Control sistemi vasitəsi ilə yerinə yetmək mümkündür.

Avtomobilin xarici görünüşü müasirdir. Geniş və alçaq kuzov, kiçik klirens, 19 düymlük idman tipli təkər diskləri, geniş və alçaq profilli 255/35 R19 şinləri A5 Sportback modelinə xüsusi cazibədarlıq verir. Yan qapıların şüşə çərçivəsinin olmaması onda kupe DNK-sının olmasına vizual sübutdur.

Arxa baqaj qapısı hatçbeklərdəki kimi tam açılaraq baqajın həcmini göstərir. Onu açdığımda yanımdaki xanım “WOW! Nə qədər böyükdür!” deyə, öz hisslərini saxlaya bilmədi. Onunla tamamilə razıyam. Baqaj hissəsinin həcmi 480 litr, arxa oturacaqları açdıqda isə 1380 litr həcmində baqaj əldə etmək olur. Standart olaraq arxa baqaj qapısı servo örtməiləidarə olunur. Bunun səbəbi ağır və geniş qapının bağlanması zamanı qadınların çətinlik çəkməsidir. Bu qapı açar pultundan və ya sürücü qapısındakı düymədən açıla bilir. 

Fənərlərin işıq diodları aqressiv görünüş verir. Test avtomobili opsiya olan S-line dəsti (idmansayağı on və arxa bamper, yan kandardakı qabaran ətəklər, təkər diskləri, qara tutqun kuzov elementləri və s.) ilə təchiz olunub. Bu da liftbekin idman görünüşünü daha da parlaq edir. İkiqapılı kupelərin həvəskarı olsam da etiraf etməliyəm ki, liftbek kupedən fərqli olaraq daha effektli xarici görünüşə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt

İnteryerə gəldikdə isə, əvvəlki modeldən fərqli olaraq yeni salon daha müasir görünür. Orta konsolda sürətlər qutusunun kiçik başlığı və MMI sistminin idarə olunması üçün düymələr və “şayba” yerləşir. Klimat-kontrol sistemi standart təchizata daxil olsa da, opsional olaraq rəqəmsal dispely ilə seçmək olar. 8.3-düymlük monitor ön konsolun tam ortasında və üstündə yerəşir ki, onu izləmək daha rahatdır. Fikimcə, əlavə ödənişlə 12.3-düymlük displeyi sifariş etmək daha məqsədə uyğun olardı.

O nəinki ölçüsü, həmçinin funksionallığı ilə seçilir. Əgər bu avtomobildən almaq istəsəniz mütləq Apple Car Play və Android Auto sistemlərindən birini və ya elə hər ikisini seçin ki, kommunikasiya sistemindən daha rahat istifadə edəsiniz. Bu smartfonunuzun tətbiqlərindən yararlanmaq üçün imkan yaradacaqdır. Məsələn, Google Maps vasitəsi ilə naviqasiyadan istifadə edə bilər, musiqinizi avtomobildə dinləyə, mesajlar göndərə və qəbul edə bilərdiniz, və daha nələr, nələr…

Təəssüf hissi ilə qeyd etməliyəm ki, Audi MMI sisteminin səs yardımçısı hər zaman telefondakı ünvan kitabından lazımlı kontaktı rahat axtarıb tapa bilmir. Halbuki, Google Assistant və ya iOS Siri ilə bu çox sadədir. Audi MMI-də avtomobilin müxtəlif sistemlərini tənzimləmək mümkündür. Onu orta konsolda yerləşən düymələr və şaybadan etmək olur.

Image alt Image alt Image alt Image alt

Sükandakı multifunksiya sistemi çoxsayda düymələrlə doludur. Onların vasitəsi ilə cihazlar panelindəki displeydə yerləşən məlumat və audiosistem idarə olunur. Panel analog taxometrin, sürət göstəricisinin və rəqəmsal displeyin birləşməsidir. Opsiya olaraq onu virtual panel ilə əvəz etmək olar. Virtual panel dizayn və funksiyonallığını dəyişmək kimi imkanlar verir. Hətta, MMI vasitəsi ilə bir düyməni proqraşdırmaq olar. Amma standart təchizat da yetərli qədər rahat və sadədir. 

Ön oturacaqlar rahatdır və xususi parçadan hazılanıb. Standart olan tünd boz rəng kuzovun qırmızı rəngi ilə ahəngdir. Oturacaqların qızdırıcısı qış soyuğunda avtomobilə oturarkən sürətlə qızınmanı təmin edir. Klima sistemi salonu tez isidir. Sürücü oturacağını tənzimlədikdən sonra, onun arxasındakı oturacağa keçdim. Ayaqlar üçün yetərli qədər yer var. 

Beləliklə, testə başlayaq. Avtomobilə yaxınlaşıb, qapının dəstəyini çəkirəm, amma qapı açılmır, çünki, test avtomobilində Keyless Entree avadnalığı yoxdur. Bu opsiyani götürmək məsləhətdir - açarı hər dəfə çıbdən çıxarmaq narahatdır. Bu tənbəllik deyil, vaxtın və hərəkətlərin optimallaşdrılmasıdır. Salonda isə artıq açara ehtiyac yoxdur - mühərriki işə salmaq üçün düymə var. Bu düymənin yeri bir az narahat gəldi. O, MMI düymələrinin yanında olsaydı, məncə, daha rahat olardı.

Audiosistemə gəldikdə isə, avtomobildə premium Bang&Olufson səs sistemi quraşdırılıb. Smartfondan ora musiqini Bluetooth vasitəsi ilə ötürmək olar, bu artıq təəccüblü bir funksiya deyil, labüddür. Həmçinin, telefon danışıqlarını da MMI sistemindən idarə etmək olar. Mən smartfonumu internet radioyaya tənzimləyərək, maşının audiosisteminə yönəltdim. Hətta, tətbiqdə əks olunan məlumat da displeylərdə göstərilir. Çox rahatdır.   

MMI sisteminin digər maraqlı funksiyası Audi Drive Select sistemidir. Onun beş səviyyəsi var: efficiency, comfort, auto, dynamic vəindividual. Bu rejimlərdən hər biri avtomobilin, mühərrik, transmissiya, sükan, asqı və səs sistemlərində dəyişikliklər edir. Efficiency daha qənaətcil, comfort daha rahat, dynamic - idmansayağı, auto isə sürüş üslubundan asılı olaraq özü tənzimləmələr edir. Individual ilə mühərrik, sükan və mühərrikin səsinin üç rejimdən birini seçərək, tənzimləmək mümkündür.

İndi isə idarəetməni və gündəlik istifadəni test edək. Start düyməsini basıram, mühərrik işə düşür. İlk Efficiency rejimini seçirəm. Bağlı şüşələrlə mühərrikin səsi demək olar ki, eşidilmir. Avtomobilin səs izolyasiyası mükəmməldir. Şəhər yollarında bu rejimdə idarə lap yerinə düşür. Tələsmədən, rahat idarə edirəm. Sükan A4 modelindən olduğundan daha ağırdır. Bir tərəfdən daha çox güc sərf edirsən, digər tərəfdən bu döngələrdə sükandan daha səlist idarə imkanı yaradır. Dynamic rejimdə sükan daha da ağırlaşır. Doğrusunu desəm, asqı, sükan və pedalların idman xarakterli olması mənim üçün daha uygundur. Çünki dinamik sürməyi sevirəm.

Dynamic rejim isə ən maraqlısıdır. Onu işə saldığın an, avtomobil dəyişir. Taxometrdə eyni sürətdə dövrələrin yüksəlməsini görürəm, sükan daha da ağırlaşır, mühərrikin səsi dəyişərək daha yüksək olur və basa çevrilir. Akseleratorda reaksiya dəyişir. Kick-down edirəm, A5 anidən irəli sıçrayır, qutunun aşağı pillələrə keçməsi ilə sürətlənməni hiss edirsən. Sürət qutusu yüksək pillələrə qırmızı “zonada”, daha geç dəyişir. Mühərrikin səsi isə, idman avtomobilində olduğunu xatırladır. A5 Sportback döngələri sürətlə keçir, sükanı iki əllə istədiyin səmtə yönəltmək rahatdır. Sürəti azaltmadan və əyləcdən istifadə etmədən zolağı tutaraq döngəni rahatca keçirəm. Mükəmməl! Bir sözlə onu idarə etmək həzz verir.

Sürətlənməni yoxlamaq qərarına gəldim. Dynamic rejimdə, əyləc və akselerator pedallrını döşəməyə sıxıram, sonra isə əyləci buraxıram. Avtomobilin arxa hissəsinin silkələməsini hiss edirəm, amma elektron sistem onu nəzarət altında saxlayır. Sürətlənmə ani baş verir, sürət tez şəkildə, təxmini 6 saniyəyə 100 km/saata çatır. Smartfon vasitəsi ilə ölçdüm, amma bunu dəqiq məlumat kimi qəbul etmək doğru olmaz. Onun dəqiq ölçülməsi üçün xüsusi avadanlıq lazımdır. Amma bir saniyə ora, bir. saniyə bura heç bir sürücü üçün həyati vacib deyil. Əsas hisslərdir. 

Ən əsas məsələyə gələk - yanacaq sərfiyyatı. Zavod məlumatlarına görə, A5 Sportback 100 kilometrə ortalama sərfiyyatı şəhərdə - 7.6 litr, qarışıq rejimdə isə, 6.2 litr olmalıdır. Amma reallıqda testin axırında bortkompyuter 11.2 litr göstərdi. Avtomobil Premium (Aİ-95) yanacağından istifadə edir.

Audi Bakı Mərkəzi iki model təklif edir: A5 Sportback S-line 2.0 TFSİ S-tronic quattro (252 a.g.) - qiyməti 55 min avrodur (109.177 AZN). Digər model A5 Sportback Sport 2.0 TFSİ S-tronic (190 a.g.) isə 42 min Avroya (83.371 AZN) təklif olunur. Ətraflı məlumatı ilə saytda tanış ola bilərsiniz.

Üstünlüklər

Nəticə etibarı ilə deyə bilərəm ki, Audi A5 Sportback həm rahat, həm sürətli, həm də effektli avtomobildir. Özündə bir neçə avtomobili birləşdirir. Onu idarə etmək xoş hisslər bağışlayır. Geniş salon və baqaj hissəsi. Dəqiq idarə olunma. 

Çatışmamazlıqlar

Yüksək qiymət, zavod məlumatlarından yüksək yanacaq sərfiyyatı.

Nəticə etibarı ilə deyə bilərəm ki, Audi A5 Sportback həm rahat, həm sürətli, həm də effektli avtomobildir. Özündə bir neçə avtomobili birləşdirir. Onu idarə etmək xoş hisslər bağışlayır. 

Avtomobili testə təqdim etdiyi üçün Audi Bakı Mərkəzinə  minnətdarlığımızı bildiririk.