Gələcək Audi A6 elektrokarının carçısı olan A6 e-tron konseptinin şəkilləri təqdimatdan öncə İnternet şəbəkəsinə sızdırılıb. Audi şirkətinin batareyalı sedanı ilk dəfə bu gün, 19 aprel tarixində Şanxay avtosalonunda nümayiş edilməlidir. Lakin avtosalonun başlanmasına iki gün qalmış konseptin şəkilləri şəbəkədə pəyda olub.
Audi şirkətinin mətbuat xidməti gələcək elektromobil haqqında təfərrüatları açıqlamayıb - bir gün əvvəl əlavə məlumat ilə müşayət olunmayan yeganə tizeri yayımlayıb.
Böyük ehtimalla, Audi şirkəti konseptual A6 e-tron sedanı barədə məlumatı bu gün açıqlayacaqdır. Alman şirkəti C9 kuzovlu gələcək Audi A6 modelinin eksteryer dizaynını göstərərək, sedanın davamçısının daxili yanma mühərriklərini itirəcəyinə işarə edir.
Yeni Audi A6 sedanının nazik formalı “piksel” LED optikaya və loqotipin işıqlandırmasına sahib olacağını gözləmək olar. Kuzovun form-faktoru dəyişəcəkdir: sedan A7 Sportback liftbekinin ruhunda meylli dama sahib olacaqdır. Çox güman ki, modelin seriya versiyasının dizaynı bir qədər dəyişdiriləcəkdir: qapı tutacaqları quraşdırılacaq, yan tərəfinlərin forması isə daha sadə olacaqdır.
Texniki cəhətdən Audi A6 e-tron modelinin e-tron GT sedanı ilə eyni olacağı ehtimalı çox azdır - J1 platformasında eyni form faktora və ölçülərə malik olan iki elektromobilin yaradılmasını təsəvvür etmək belə çətindir. A6 e-tron konsepti MEB arxitekturasına əsaslanır, yəni sedan Q4 e-tron krossoverlərinə yaxın olacaqdır.
İstehsalçı Audi A6 e-tron haqqında bütün detalları bu gün açıqlayacaqdır. A6 e-tron konseptinin erkən göstərilməsi, 2018-ci ildə debüt edən hazırkı A6 C8 modelinin ömürünün qısaldığına işarə edə bilər. Bununla belə, nəzəri cəhətdən Audi həm daxili yanma, həm də elektrik mühərriki ilə hərəkətə gələn modelləri paralel olaraq istehsal edə bilər.