Avropada Audi A6 e-tron elektromobilləri yalnız beşqapılı kuzovlarla (liftbək və universal) təklif edilir, lakin Çin bazarında elektromobil ənənəvi sedan kuzovu ilə satılır. Əlbəttə ki, uzun təkər bazası ilə. Yerli Audi A6L e-tron modelinin ilk nümayişi hələ aprel ayında keçirilmiş Şanxay avtosalonunda baş tutub, lakin bu avtomobil haqqında maraqlı təfərrüatlar yalnız indi açıqlanıb. Çin versiyasının Avropa versiyasından təkcə kuzov tipinə və təkər bazasının ölçüsünə görə fərqlənmədiyi ortaya çıxıb.

Təkər bazası 126 millimetr uzadılaraq 3076 millimetrə çatdırılıb. Çin sedanı Avropa liftbəkindən 145 millimetr uzun (5073 millimetr), 19 millimetr enli (1942 millimetr) və 21 millimetr hündürdür (1522 millimetr). Arxa tərəfin dizaynı, əlbəttə ki, fərqlidir, lakin bundan əlavə, sedanın bir qədər fərqli siması - orijinal bamperi, radiator barmaqlığının yerində dəyişdirilmiş naxışı olan panel və qara örtmənin özünəməxsus konfiqurasiyası olan ön tərəfi var. Təkər disklərinin maksimal diametri 20 düymdür. Yan güzgüləri əvəzləyən arxa görüntü kameraları Avropada olduğu kimi ospiyadır.

Audi A6 elektrik sedanının interyeri ilkin olaraq Çin lekallarına görə hazırlanıb - sərnişinin qarşısındakı üçüncü displey standart təchizata daxildir, ona görə də, uzunbazalı sedan yalnız tərtibat materiallarının seçimi ilə fərqlənir. Panoram dam da baza təchizatına daxildir. Qeyd edək ki, Avropada satılan elektromobillər üçün belə bir avadanlığı ümumiyyətlə sifariş etmək mümkün deyil. Ancaq ən başlıca fərq - Çin sedanında Huawei şirkətinin elektronikası quraşdırılır.

Audi və Huawei şirkətlərinin əməkdaşlıq edəcəyi hələ 2018-ci ildə elan olunub. Çin bazarı üçün avtomobillərdə indi rəqəmsal ekosisteminə və Çin istifadəçilərinin seçimlərinə uyğunlaşdırılmış Huawei proqram təminatı ilə işləyən media sistemi var. Opsional avtopilot da eyni brendi daşıyır və bu sistemin tərkibinə ön bamperdəki iki lidar (Avropa avtomobillərində yoxdur), beş millimetrlik radar, on iki ultrasəs radarı və çoxlu kameralar daxildir. Sistemin idarə olunmasına 400 tops məhsuldar Huawei MDC 810 mikroçipi cavabdehdir.

Sedanın elektrik texnikası də lokallaşdırılıb. Arxa ötürməli Audi A6L e-tron baza sedanı 354 at qüvvəli elektrik mühərrikinə malikdir, Avropada isə, 326 və ya 381 at qüvvəli variantlar təklif olunur. Alman istehsalı olan avtomobillərdə quraşdırılan 83 və ya 100 kilovat/saatlıq dartma batareyalarının əvəzinə, sedan CATL firmasının 108 kilovat/saatlıq batareyası ilə təchiz olunur. Vəd edilmiş yürüşş məsafəsi CLTC dövrünə əsasən 770 kilometrdən çoxdur, maksimal sürət isə, 200 km/saatdır. Daha sonra 469 at qüvvəli ikimühərrikli quattro versiyası da peyda olacaq (Avropada 462 at qüvvəsi).
Audi A6L e-tron sedanlarının istehsalına cari payızda Audi-FAW birgə müəssisəsində başlanmalıdır. Çindəki satışlara cari ilin sonuna qədər start veriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.