Bu gün Audi şirkətinin baş direktoru Rupert Ştadler, 2017-ci ildə bayraqdar sedanı olan A8 modelinin yeni nəslinin təqdim ediləcəyini rəsmi şəkildə bəyan etmişdir. O bu bəyənatı, şirkət səhmdarlarının İnqoştat şəhərində keçirilən illik yığıncağında səsləndirmişdir. Şirkət rəhbərinin sözlərinə görə, Audi A8 modeli «avtopilot sistemi ilə təchiz edilmiş ilk seriya avtomobili» olacaqdır. Yeni nəsil Audi A8 bayraqdarının zahiri görkəmi, bir müddət bundan əvvəl nümayiş etdirilimiş və markanın yeni şef-dizayner Mark Lihtin başçılıq etdiyi dizayenrlər komandası tərəfindən hazırlanmış Prologue konseptinin dizayn üslubunda hazırlanacaqdır.
Yeni bayraqdar sedanı MLB evo platformasının əsasında istehsal ediləcək və sələfindən 200 kiloqram yüngül olacaqdır. Audi A8 sedanının yeni mühərrik qammasına, Bentley Bentayga krossoverindən tanış olan 600 at qüvvəsi olan iki turbokompressorlu W12 mühərrik də daxil ediləcəkdir. Alman şirkətindən avtomobilin təqdimatı barədə səhih məlumat verilməsə də, onun rəsmi nümayişinin gələn ilin martında baş tutacaq Cenevrə avtosalonunda keçirələcəyi ehtimal edilir.
Bundan əlavə, Rupert Ştadler, rəhbərlik etdiyi şirkətin hər il bir elektrokar və ya məişət şəbəkəsindən qidalanan hibrid avtomobilini buraxacağını da bildirmişdir.
Elektrik güc aqreqatı ilə hərəkətə gələcək ilk Audi avtomobilinin Q6 e-tron adını alacaq krossoverin olacağı Audi şirkətinin baş direktoru tərəfindən bildirilmişdir. Elektrokarın istehsalı alman şirkətinin Brüsseldəki müəssisəsində yerləşdiriləcəkdir.