Audi komandası DTM çempionatında çıxış edəcək avtomobillərinin döyüş rənglərini təqdim edib. Audi komandası pilot heyətini dəyişməyib və əlavə olaraq Belçikadan olan özəl komandaya da dəstək verəcəkdir.
Beləliklə, çempionatın ilk yarışının start düzlüyündə üç zavod komandasının altı avtomobili və bir özəl WRT komandasının iki avtomobili duracaqdır. Niko Müller, Robin Freyns və Ceymi Qrin keçən ilkinə bənzər livreyalarda çıxış edəcəkdirlər, Rene Rastın avtomobili qırmızı rəngi ağa, Loik Dyüvalda qaradan qırmızıya, Mayk Rokkenfellerdə isə yaşıldan qara rəngə dəyişib.
Bu arada özəl WRT komandası ikinci pilotunun adını açıqlayıb – cənubiafrikalı Conatan Aberdinin komanda yoldaşı Formula 1 üzrə ikiqat dünya çempionu Emerson Fittipaldinin nəvəsi Pyetro Fittipaldi olacaqdır.