Yeni Volkswagen Golf R heçbek Audi istehsalı olan beşsilindrli turbomühərrik əvəzinə 2,0-litrlik dördsilindrli turbomühərriklə təchiz ediləcəkdir.
Yeni nəsil Volkswagen Golf modelinin ən «bərkgedən» versiyası təxminən 400 at qüvvəsi hasil edən 2,0-litrlik “turbodördlüyü” əldə edəcəkdir. Lakin, Autovisie nəşrinin bildirdiyinə görə, hər şey fərqli ola bilərdi: Golf R modelinin hazırlanması mərhələsində Volfsburqdan olan mühəndislər İnqolştadtdakı həmkarlarından 2.5-litrlik beşsilindrli turbomühərriki ala biləcəklərinə ümid edirdilər. Lakin Audi şirkəti bu mühərriki Volkswagen çirkəti ilə bölüşməkdən imtina edib. Çox güman ki, marka rəhbərliyi eyni mühərrikli Golf R modelinin Audi RS 3 modelindən daha sürətli və ucuz ola biləcəyini nəzərə alaraq, arzuolunmaz daxili rəqabətin yaradılmasına qarşı çıxıblar.
Bundan başqa, bu halda Audi şirkəti beşsilindrli turbomühərrikin istehsalını artırmalı idi. Bu isə, şirkətdən əlavə xərc tələb edəcəkdir. Ən maraqlısı odur ki, Audi öz mühərrikinin KTM və Donkervoort idman avtomobillərində istifadəsinə etiraz etmir, çünki bu sportkarlar Ingolstadt hetçbeklərinə birbaşa rəqib deyillər.
Yeni nəsil Volkswagen Golf R modelinin təqdimatı bu ilin yayına planlaşdırılıb. Xatırladaq ki, bir müddət bundan öncə debüt etmiş Golf GTI modeli 245 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilir.