Bu günlərdə Audi şirkəti avtonom idarəetmə sisteminin yenilənmiş variantını sınaqdan keçirmişdir. İnqolştat istehsalçısının nümayədələrinin sözlərinə görə, onlar yeni sistemi daha «insanpərvər» davranmağa və qərarlar qəbul edən zaman ətrafdakı hərəkət iştirakçılarını da nəzərə almağı öyrətmişdirlər. Audi A7 modelinə quraşdırılmış texnologiyanı Almaniya hökümətinin bu məqsədlər üçün xüsusi olaraq ayırdığı A9 avtobanının bir hissəsində sınaqdan çıxarmışdırlar.
Audi mütəxəssisləri avtonom idarəetmə sistemi olan avtomobilləri daha təbii qaydada hərəkət etməyə öyrətmişdirlər. Elektronika öz işini elə qurur ki, avtomobilin manevrləri bütün hərəkət iştirakçıları üçün harmonik olan bir vəziyyətə uyğun olsun.
Misal üçün, hərəkət zolağını dəyişərkən elektronika ilk olaraq dönmə işıqlarını işə salır və hərəkət istiqamətini tamamilə dəyişmədən öncə, hərəkət etdiyi zolağın mərkəzdən bir qədər yol xəttinə tərəf yaxınlaşır.
Yük avtomobillərinin ötməsini həyata keçirən sistem hər iki avtomobilin yan tərəflərində olan ara məsafəni daha geniş saxlayır.
Sorğu əsasında naviqasiya sistemi marşrutu elə seçə bilər ki, bu marşrut boyunca pilotsuz idarəetmə sistemi olan avtomobillərin hərəkət etsin.
Bilindiyi kimi, bu ilin aprel ayında tam avtomatik rejimdə hərəkət edən Aud A7 avtomobili A9 avtomagistralını sərbəst olaraq qət etmişdi.
Bu sınaqların nümayişində Almaniyanın nəqliyyat naziri Aleksandr Dobrint də iştirak etmişdi.