Paris keçirilən beynəlxalq avtomobil sərgisi 2 oktyabr tarixində öz qapılarını media nümayəndələrinin üzünə açacaqdır. Autograph onlayn dərgisinin baş redaktoru və eyni adlı teleproqramın müəllifi Natiq Zərbəliyev sabah bu tədbirdə iştirak etmək üçün Parisə yollanır. Sərginə iştirak edən avtomobil istehsalçıları təqdimatı gözlənilən yeni konsept və modellər barədə müəyyən məlumatlar yayır, tizerlər dərc edirlər.
Bu gün Audi şirkəti özünün Facebook sosial şəbəkəsində maraqlı bir şəkil dərc edib – bu örtük altında olan müəmmalı avtomobilin təsviridir. İstehsalçı şəkilə verilən şərhdə 2 oktyabr tarixində Parisdə hər kəsi maraqlı bir sürprizin gözlədiyini bildirib. Bizim ehtimallarımızla, bu sürpriz Audi e-tron GT prototipi və ya R8 sportkarının yeni modifikasiyası ola bilər. Necə deyərlər, yaşayarıq, görərik…