Almaniyanın Autobild dərgisinin əldə etdiyi məlumata əsasən, Audi şirkəti Detroyt avtomobil sərgisinə yeni h-tron quattro konsepti ilə qatılmaq fikrindədir. Yeni konsept hidrogen güc aqreqatı ilə hərəkətə gələcəkdir. Avtomobilin xarici və daxili görkəminə gəldikdə isə, yeni konseptin dizaynı sentyabr ayında göstərilmiş Audi e-tron quattro konsepti ilə eyni olacaqdır. İki konsept arasındakı fərq onların güc aqreqatında olacaqdır. Frankfurtda göstərilən Audi e-tron quattro konsepti ümumi gücü 435 at qüvvəsi olan üç elektrik mühərriki ilə təchiz olunmuşdur.

Audi şirkətindəki mənbənin bildirdiyinə görə, yeni konsept yanacaq elementləri əsasında işləyən güc aqreqatı ilə təchiz olunacaqdır ki, avtomobilin hərəkət etməsi üçün lazım olan elektrik enerjisi hidrogen və oksigen arasındakı kimyəvi reaksiyası nəticəsində əldə ediləcək. Bununla bərabər avtomobil haqqında digər məlumatlar gizli saxlanılır.

Xatırladaq ki, 2014-cü ilin noyabrında Audi şirkəti hidrogen güc aqreqatı ilə təchiz edilmiş eksperimental A7 Sportback modelini təqdim etmişdir. Bu aqreqatın tərkibinə 300 ədəd yanacaq elementlərindən ibarət blok, 8,8 kilovatt-saat həcmi olan litium-ion akkumulyatorlar və 5 kiloqramma qədər hidrogen tutumu olan dörd balon daxildir.

Ümumi gücü 230 at qüvvəsi və 540 Nm fırlanma anı olan mühərrik A7 modelinə birinci «yüzlüyü» 7,9 saniyəyə yığmaq imkanı verirdi. Avtomobilin maksimal sürəti 180 km/s, yürüş məsafəsi 500 km-dir.

Bu ilin mart ayında Audi şirkətinin o zamankı texniki direktoru Ulrix Hakenberq gələcəkdə Volkswagen, Porsche və Audi'nin hidrogenlə iişləyən seriya modellərini buraxılacağını qeyd etmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt