Gələcəyin premium mobillik konsepsiyasını nümayiş etdirmək üçün, Audi şirkəti “sfera” seriyasından olan üç pilotsuz elektrik konseptini artıq nümayiş etdirib - bunlar dəyişən kuzovlu Audi skysphere rodsteri, grandsphere bayraqda sedanı və urbansphere minivenidir. Yeri gəlmişkən, Audi urbansphere alman markasının ilk miniveni sayıla bilər. 2023-cü ilin əvvəlində üç “sferik” konseptə dördüncüsü - Audi activesphere qoşulacaqdır. Bu, gələcəyin futuristik krossoveridir.
Avtomobil istehsalçısının bildirdiyinə görə, yeni krossover aktiv həyat tərzinə üstünlük verənlər üçün maksimal dəyişkənlik təklif edəcəkdir - həm asfalt yolda, həm də yolsuzluqda. Qarşıdan gələn təqdimat ilə bağlı başqa məlumat yoxdur, lakin bütün əvvəlki modellərə nəzər salsaq, konseptual krossoverin elektrik güc qurğusunuu və pilotsuz idarəetmə sistemini əldə edəcəyini söyləmək olar.
Tizerdən Audi activesphere konseptinin kupe-krossover kuzovuna malik olacağı görünür. Alman avtomobil istehsalçısı özünün “sferik” konsept avtomobillərinin seriya perspektivləri barədə məlumat vermir, lakin onların bəzi dizayn və üslub həllərinin seriya modellərində təcəssüm etdiriləcəyini vurğulamaqdan da çəkinmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.