Britaniyanın Which Car? Nəşri Audi e-tron krossoverinin istismar xərclərini hesablayaraq, onları Q7 50 TDI modelinin istismar xərcləri ilə müqayisə edib. Krossoverin batareyasının sürətli Ionity stansiyasında doldurulması halında hər yürüş milinin dizel krossoverində olduğundan baha başa gəldiyi ortaya çıxıb.
Which Car? nəşrinin hesablamalarına görə,Ionity şəbəkəsinin 350 kilovatlıq terminalı vasitəsilə Audi e-tron modelinin batareyasının 10 faizindən 80 faizinədək doldurulması üçün onun sahibi 45,89 funt (99,70 manat) ödəməli olacaqdır. Beləliklə, hər yürüyüş mili üçün istismar xərcləri 34 pens (73 qəpik) təşkil edəcəkdir. Müqayisə üçün: Q7 50 TDI modelində bu göstərici 22 peniəs (47 qəpik) bərabərdir.
Bununla belə, Which Car? nəşri gücü az olan stansiyalardan istifadə halında xərclərin əhəmiyyətli dərəcədə azalacağını qeyd edib. Əlbəttə ki, bu zaman krossover sahibi vaxtını qurban vermək məcburiyyətindədir. Məsələn, batareyaları 150 kilovatlıq terminaldan doldurulması halında xərclər 23,28 (51,87 manat), 50 kilovatlıqdan – 15,30 (34,10 manat), 22 kilovatlıqdan isə, 6,32 funt sterlinqə (14,08 manata) bərabər olacaqdır. Əgər terminal dayanacaqda quraşdırılıbsa, bu zaman əlavə olaraq, parkinq üçün də pul ödəmək gərəkdir.
Avropa bazarında Audi e-tron iki variantda təklif olunur: 50 quattro və 55 quattro. Hər iki krossover iki mühərrikli güc qurğusu və iki müxtəlif tutumlu batareya ilə təchiz edilir. Audi e-tron 50 quattro modeli dolu batareya ilə 299 kilometr(WLTP dövrü ilə), e-tron 55 quattro isə 411 kilometr qət edir.