Audi e-tron modelinin təqdim edilməsinə iki gün qalır. Alman markasının ilk elektrokarı ətrafında cərəyan edən ehtirasların səngiməməsi üçün istehsalçı yeni videotizerlər buraxmaqda davam edir. Bu gün də yeni bir tizer yayılıbıdır.
Audi e-tron modeli 265 kVt (355 at qüvvəsi) və 561 Nm fırlanma anı hasil edən iki elektromotor ilə hərəkətə gəlir. Tələbat olduqda səkkiz saniyə ərzində elektromotorların hasilatını 300 kVt (402 at qüvvəsinə) və 664 Nm-ə qədər artırmaq da mümkündür. Elektrokar 100 km/saat həddinə 6 saniyədən az müddətə sürətlənir.
Audi e-tron modelinin maksimal sürəti 200 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıbdır.
Elektrokar dolu batareyalar ilə 400 kilometr (yeni WLTP ölçmə metoduna əsasən) məsafə qət edir.