Şanxayda keçirilən avtosalonun çərçivəsində Audi şirkəti elektriklə hərəkətə gələn e-tron Sportkback konseptual kupe-krossoverini təqdim etmişdir. Bu konsept seriya modelinin carçısıdır.
Audi e-tron Sportback modeli, alman istehsalçısı tərəfindən 2020-ci ilə qədər istehsalı planlaşdırılan üç elektrik modellərindən ikincisi olacaqdır.
İlkin olaraq e-tron quattro modelinin seriya variantı işıq üzü görəcəkdir. Seriya avtomobili Audi Q6 e-tron adını əldə edəcək və gələn il buraxılacaqdır. Bun modeldən bir il sonra isə e-tron Sportback modelinin seriya variantı təqdim ediləcəkdir. Sonuncu olaraq MEB modul platformasında istehsal ediləcək yığcam şəhər elektromobili istehsal ediləcəkdir. Uzunluğuna (4Ş9 metr) və təkər bazasının (2,9 metr) ölçüsünə görə e-tron Sportback modeli A7 Sportback modeli ilə eyni parametrlərə malikdir. Bununla belə, prototipin hündürlüyü Q2 modeli ilə eynidir. Prototip 435 at qüvvəsi gücü olan elektrik güc qirğusu ilə təchiz edilir ki, 10 saniyəlik qısamüddətli güc artımı zamanı qurğu 503 at qüvvəsi hasil etmək iqtidarındadır.
Qurğunun tərkibinə daxil olan üç elektromotor 95 kilovat-saatlıq litium barateyalar dəstindən qıdlanır. Yerindən 100 km/saat sürətini Audi e-tron Sportback 4,5 saniyəyə toplayır. Prototipin yürüş ehtiyatı 500 kilometrdir. Konseptin seriya istehsalına 2019-cu ildə start veriləcəkdir.