Avtomobil istehsalçıları çətin vəziyyətdədir. Elektromobillərin satışı bir çoxlarının gözlədiyi kimi sürətlə getmir və bu, şirkətləri öz strategiyalarına yenidən baxmağa məcbur edir. Bir neçə istehsalçı artıq planlaşdırılan elektromobil layihələrindən imtina edib və görünən odur ki, belə zərərçəkənlərdən biri də Audi RS6 E-Tron universalı olacaq.

“Top Gear” nəşri ilə söhbət etmiş insayderlərin sözlərinə görə, Audi şirkəti RS6 E-Tron layihəsindən imtina edib, çünki belə bir avtomobilə kifayət qədər tələbat olmadığı aşkar edilib. Əlbəttə ki, bu xəbər bir çoxları üçün gözlənilməzir, xüsusən də casus fotoqraflar tərəfindən 2023-cü ildə RS6 E-Tron prototipinin sınağı yürüşləri zamanı çəkilmiş şəkillərdən sonra... Hər halda yeni “bərkgedən” elektrik universalı RS6 indeksini daşımaya da bilər.

Bununla belə, Audi şirkətinin mətbuat xidmətinin nümayəndəsi bu şayiələrə münasibət bildirməyib və  "bununla belə, sizi əmin edə bilərik ki, biz Premium Platform Electric (PPE) əsaslanan məhsuldar modellər üzərində işləyirik", - deyə cavab verib.

PPE platforması Audi və Porsche tərəfindən hazırlanmış, Macan EV və Audi Q6 E-Tron kimi modellərin inşa olunduğu ortaq elektromobil arxitekturasıdır. Əvvəlki hesabatlarda bu platformada inşa ediləcək yüksək məhsuldarlıqlı Audi avtomobillərinin 700 at qüvvəsindən çox gücə malik olacağı bildirilirdi.

Qeyd etmək gərəkdir ki, varlı alıcıların yüksək məhsuldarlıqlı elektromobillərə olan marağı azalmaqdadır. Digər tərəfdən bu seqment artıq eksklüzivliyini itirib - xüsusən də, Hyundai Ioniq 5 N kimi gücü 641 at qüvvəsi, başlanğıc qiyməti isə, cəmi 67 800 dollar olan və 100 km/saata 3,3 saniyəyə sürətlənən bir elektrokar təklif edildikdə sonra...

Lüks avtomobil istehsalçıları belə dəyişiklikləri artıq hiss ediblər. Pagani və Koenigsegg kimi brendlər öz müştərilərinin elektrik güc qurğusuna malik olan superkarlara maraq göstərmədiklərini açıq şəkildə bəyan ediblər.

Ferrari şirkətinin özünün ikinci elektrokarının debütünü "sıfır" tələbat səbəbi ilə təxirə saldığı, hətta Lamborghini şirkətinin özünün ilk elektromobili üzərindəki çalışmaları dayandıra biləcəyi barədə şaiyələr dolaşmaqdadır.

Audi artıq 100 km/saata cəmi 2,4 saniyəyə sürətlənən 912 at qüvvəli RS E-Tron GT “bərkgedən” elektrokarını təklif edir. Belə versiya başqa “bərkgedən” elektrokar üçün yer qoymur - universalı bir yana qoyasaq belə.

Audi elektrik RS6 layihəsinin üstündən xətt çəksə də, alman markasının yeni daxiliyanma mühərrikli “bərkgedən” universal üzərində çalışdığını söylənilir. Əlbəttə ki, belə avtomobilin güc qurğusu elektrokarların aqreqatları  qədər məhsuldar olmayacaq – çox güman ki, söhbət elektrik üstqurumu olan altısilindrli mühərrikdan gedir.

Ancaq Audi belə bir avtomobil üzərində işlədiyini rəsmi olaraq təsdiqləməyib, lakin söylənilənlər doğru olarsa, RS6 universalının növbəti nəsli A6 modelinin əldə edə biləcəyimiz sonuncu belə versiyası olacaq...

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.