Audi şirkəti gücləndirilmiş mühərrikə və təkmilləşdirilmiş aerodinamik kuzov dəstinə malik olan yeni TTS competition plus modelini təqdim edib. Eyni zamanda, istehsalçı TT modelinin 197 at qüvvəli 2.0-litrlik mühərriki ilə təchiz edilən baza versiyasından imtina etdiyini açıqlayıb.
Audi TTS competition plus kupe və rodsterini antiqanad, 20-düymlük təkər diskləri və qırmızı əyləc supportları sayəsində tanımaq olar. İnteryer tərtibatında Nappa dərisindən istifadə olunur. Modeli, istəyə bağlı olaraq, qırmızı və ya boz rəngli sıfır işarəsi olan sükan çarxı ilə sifariş etmək olar. Yeni model gücü 320 at qüvvəsinə artırılmış 2.0-litrlik mühərriklə hərəkətə gəlir. Güc qurğusu yeddi pilləli S tronic "robotu" ilə tandemdə çalışır. Digər yeniliklər arasında, hərəkət elektronikasının fərqli tənizmləmələri də vardır.
Gücün artmasına baxmayaraq, TTS competiton plus modeli yeyin olmayıb: kupe 100 km/saat həddinə kupe 4,5 saniyəyə, rodster isə 4,8 saniyəyə sürətlənir. Avropa bazarında yeni kupeni 61 min avrodan, rosteri isə 63,7 min avrodan başlayan qiymətlərlə sifariş etmək olar.
Satışdan çıxarılan Audi TT 40 TFSI baza versiyasına gəldikdə isə, bu model mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 197 at qüvvəli 2.0-litrlik turomühərrik ilə təchiz edilirdi. İndi modeli yalnız 245 at qüvvəsinə malik güc qurğusu, S tronic "robotu" və ön ötürmə ilə təchiz edilən 45 TFSI modifikasiyasında almaq olar. TT ailəsinə tam ötürməli 306 at qüvvəli TTS və 400 at qüvvəli TT RS kupe və roadsterləri daxildir.