Audi şirkəti R8 Spyder V10 modelinin «qaynar» modifikasiyasını təqdim etmişdir. Adına plus əlavəsini almış sportkar 610 at qüvvəli mühərrikə sahib olmuş və alman markasının ən yeyin açıq avtomobili sayılır.

Audi R8 Spyder V10 plus sportkarı R8 V10 plus kupesindən tanış olan 5,2-litrlik V10 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 5600 dövr/dəqiqədən başlayaraq 560 Nm fırlanma anı hasil edir və 8700 dövrə/dəqiqəyə qədər sürətlənir. Mühərrik yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır.

Yerindən 100 km/saat həddinə «qaynar» rodster 3,3 saniyəyə sürətlənir ki, bu da adi rodsterdə olduğundan 0,3 saniyə yeyindir. Plus indeksli rodsterin maksimal sürəti 10 km/saat artaraq 328 km/saat olmuşdur. Eyni zamanda, R8 Spyder V10 plus modeli standart modeldən 25 kiloqram yüngüldür. Çəkiyə qənaət, avtomobilin standart təchizatına daxil olan daha yüngül idman oturacaqlarının, yüngülləşdirilmiş döymə disklərinin və karbon-saxsı əyləc mexanizmlərinin sayəsində mümkün olmuşdur.

Rodsterin daha bir maraqlı xüsusiyyəti onun rəng çeşidinə daxil edilmiş yarış boyadır. İnteryerin tərtibatında da kuzovun rənginə uyğun olan tikişlərdən istifadə edilir. 44 kiloqram çəkiyə malik olan yumşaq tavan 50 km/saat həddinə qədər sürətlərdə 20 saniyəyə açılıb-bağlana bilir. 

Artıq Almaniyada yeni rodsterə sifarişlərin qəbuluna başlanmışdır. Rodsterin qiyməti 207500 avrodan start götürür. İlk avtomobillər alıcılara bu ilin avqust ayında çatdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt