Audi markasının şef dizayneri Mark Lixte yaxın gələcəkdə yeni avtomobillərin salonunda ənənəvi düymələrdən imtina ediləcəyini bildirib. İdarəetmə orqanlarının ənənəvi konfiqurasiyası yerini tamamlanmış reallıq effektini yaradan iri sensor panelinə verəcəkdir. Bu barədə Lixte Motor Authority nəşrinə verdiyi müsahibədə bildirib.

Audi markasının baş dizayneri gələcəkdə cihazlar kombinasiyasının ölçülərinin kiçiləcəyini, ön panelin mərkəzində olan displeylərin iri monitorda birləşəcəyini söyləyib. Lixte sensorlu idarəetmə orqanlarının hamıya xoş gəlmədiyini bildiyi üçün, səsi tənzimləyən ənənəvi  şaybanı saxlamağa hazır olduğunu bildirib. Alman mütəxəssis, marka pərəstişkarlarını şoka salmamaq üçün, inqolştadt avtomobillərinin interyerindəki dəyişikliklərin tədricən aparılacağını da qeyd edib.

 

Audi e-tron

Hazırda alman markasının texniki inkişafın avanqardında e-tron ailəsindən olan elektromobillər gedir. Bu modellərin interyerində üç displey mövcuddur: bu ekranlarda məlumat-əyləncə, klimat-kontrolun və cihazlar panelinin məlumatları əks etdirilir.

Çox güman ki, interyerlərin rəqəmsallaşdırma prosesində nəinki ekranların ölçüləri, həmçinin onları sayı da artacaqdır. Məsələn, ənənəvi salon və yan güzgülərini əvəz edəcək kameraların displeylərini nümunə göstərmək olar.   

Mənbə: Motor Authority