Audi şirkətinin tədqiqatlar və yeniliklər şöbəsinin yeni başçısı Volvo şirkətinin mühəndisi Peter Mertens olacaqdır. Alman mütəxəssis sentyabr ayında istefaya göndərilən Ştefan Knirşi əvəz edəcəkdir. Bu günə qədər Meners Daimler və General Motors, həmçinin Jaguar Land Rover şirkətlərində işləmişdir. Britaniya alyansında o direktorlar şurasının tərkibinə daxil olmuşdur . Mebers istehsal edilən məhsulların kefiyyətindən cavabdeh idi.

Mühəndis Volvo Cars şirkətinə 2011-ci ildə keçmişdir. Meners Drive-E ailəsindən olan yeni nəsil mühərriklərin hazırlanmasına təkan vermişdir. Audi şirkətinin rəhbəri Rupert Ştadler Meners haqqında belə söyləmişdir: «Peter Meners beynəlxalq avtomobil sənayesində çox böyük təcrübəyə malikdir. O bizim şirkətin texniki şöbəsinin gələcək inkişafını həyata keçirmək üçün idael kefiyyətlərə malikdir». Bildiyimiz kimi, Menersin Audi şirkətində cəmi doqquz ay çalışmış sələfi Volkswagen şirkətinin düşüdüyü «dizel qalmaqalı» ilə əlaqədar istefaya göndərilmişdir. Amerikan Jones Day hüquq firmasının tədqiqatı, Knirşin güc aqreqatlarında quraşdırılmış «aldadıcı» proqram təminatından xəbərdar olduğu və istintaq zamanı yalan ifadə verdiyini üzə çıxarmışdır.

Yəqin ki, elə bu səbəbdən də Audi şirkəti kənardan, yəni Volkswagen Group’da çalışmamış və adı «dizel qalmaqalında» hallanmayan mütəxəssisi cəlb etmək qərarına gəlmişdir.