Audi şirkətinin İnqolştatdakı zavodunun pres sexində, süni intellektin imkanlarından istifadə edərək, keyfiyyətə nəzarəti həyata keçirən avtomatik sistemin testinə başlanmışdır. Bu, metal təbəqəsində olan ən xırda çatları aşkar etmək imkanı olan və neyroşəbəkə vasitəsi ilə idarə edilən xüsusi proqram təminatıdır.
Proqram platformasının əsasında iri həcmdə strukturlaşdırılmayan məlumatlar ilə işləməyə imkan verən maşin təliminin alqoritmləri durur. Buna misal olaraq təsvirləri göstərə bilərik. Süni intellekt üzrə mütəxəssislər komandası bir neçə ay ərzində neyroşəbəkəni qüsurları aşkarlamağı öyrədərək, eyni zamanda, nümunələr bazasını yaradıblar. Proqram təminatı bu bazadan istifadə edərək, hətta yeni şəkillərdə belə, çatları yüksək dəqiqliklə müəyyənləşdirərək nişanlamağı öyrənib.
Hazırda pres sexindən çıxan bütün metal komponentlər məcburi qaydada vizual təftişdən keçirilir. Əlavə olaraq, komponentlər surətlərin emalı və tanınması proqramı vasitəsi ilə yoxlanılır. Gələcəkdə bütün bu yoxlamala işlərini süni intellekt həyata keçirə bilər.