Audi şirkəti gələn il keçiriləcək Los-Anjeles e-tron Gran Turismo adlanan dördqapılı elektrik modelini nümyaiş etdirəcəkdir. Konseptin Porsche şirkəti ilə birlikdə hazırlanan yeni modul platformasında inşa ediləcəyi ehtimal olunur.
Elektromobil Audi Sport idman bölümü tərəfindən hazırlanan ilk model olacaqdır. Audi şirkətindən yeni elektromobilin “çox dinamik” olacağı və ən güclü elektomotoru əldə edəcəyi bildirilib. Audi e-tron GT barədə texniki məlumat verilməyib. Bu ana yalnız “qrand-turerin” tizeri dərc edilibdir. Audi e-tron Gran Turismo modelinin istehsalı İnqolştadtdan 240 kilometr qərbdə yerləşən müəssisədə təşkil ediləcəkdir. Elektromobilin hədəf aldığı əsas bazarlar barədə də məlumat verilməyib. Bununla belə, yeni elektrik “qrand-turerinin” başlıca bazarlarının Çin və ABŞ olacağı ehtimal edilir.
Yeni elektromobil, alman istehsalçısının 2025-ci ilə qədər genişləndirməyi nəzərdə tutduğu ekoloji xəttin tərkib hissəsi olacaqdır. Almanlar, yaxın gələcəkdə, Audi modellərinin dünya üzrə satışlarının üçdə birini elektromobil və hibridlərin təşkil edəcəyindən əmindirlər.