Almaniyada 21-23 iyul tarixlərində keçirilmiş “Eifel Rallye” festivalında, Audi şirkəti tərəfindən 1986-cı ildə Dünya ralli çempionatında yarışmaq üçün hazırlanmış, nadir Audi Sport quattro RS002 prototipi çıxış etmışdir. Muzey eksponatına çevrilmiş avtomobilin yürüş məsafəsi 12 kilometrdir.
Ortamühərrikli Sport RS002 kupesi ralli çempionatının S qrupunun qaydalarına əsasən yaradılmışdır. Bu qrup üzrə ilk yarışların 1987-ci ildə keçirilməsi nəzərdə tutulsa da, yeni qrupun xələfi olan B qrupunun çoxsaylı qəzalar üzündən 1986-ci ildə qadağan edilməsindən sonra alman istehsalçısı bu layihəyə xitam vermişdi. Audi tərəfində RS002 avtomobilindən neçə nüsxə hazırlandığı və onlardan neçəsinin qorunub-saxlandığı məlum deyildir. Bu avtomobillərdən birinin, qaydalara əsasən, Ferdinand Pixin şəxsi nəzarəti altında məhv edildiyi söylənilir. Bununla belə, Audi şirkətinin mühəndisləri bir neçə avtomobili qoruyub-saxlaya bilmişdirlər. Hazırda Audi Sport quattro RS002 avtomobili şirkətin İnqolştatdakı muzeyində nümayiş etdirilir.