Audi Q3 krossoverinin yeni nəslinin, nəzəri olaraq, 2017-ci ilin sonunda və ya 2018-ci ilin əvvəlində nümayiş etdiriləcəyi gözlənilir. Bu səbəbdən də bir sıra dizaynerlər avtomobilin görkəmi barədə öz mülahizələrini irəli sürürlər. Audi Q2 modelinin yaxınlaşan debütü, onun istehsalçının model cərgəsində ən yığcam ölçülü krossoverinin olacağından xəbər verir. Bu səbəbdən də, yeni nəsil Q3 çətin ki öz ölçülərini qoruyub- saxlaya bilsin.Deyilənlərə görə, modelin ümumi uzunluğunun 4388 millimetrdən 4500 millimetrə qədər artacaqdır. Uzunluğunun artmasına baxmyaraq, avtomobilin təkərlərarası bazası dəyişilməz, yəni 2603 millimetr, olaraq qalacaqdır.

Digər məlumata əsasən, yeni nəsil Audi Q3 MQB platformasının ikinci nəsli üzərində hazırlanacaqdır. Dizayna gəldikdə isə, inqilabi dəyişikliklərdən çox təkamül yolunun seçiləcəyi güman edilir.

Q3’un təchiz ediləcəyi mühərriklər qammasına gəldikdə isə, VW Tiguan modelində təklif olunan güc aqreqatlarına bənzərlik ehtimal olunanlardandır. Əlbəttə ki, bərgedən RS Q3 modelinin dizel və  benzin mühərrikləri ilə yanaşı, krossoverin məişət şəbəkəsindən doldurula bilən hibrid və e-tron versiyalarının da olacağını güman etmək olar.

Nəzərə alsaq ki, yeni nəslin debütü 2017 ilin axırında və ya 2018 ilin əvvəlində baş tutacaq, gələn ilin ortalarından avtomobilin cəsus şəkillərini görmək mümkün olacaqdır.