Audi Q4 e-tron elektrik krossoverinin 35 indeksli başlanğıc versiyası modifikasiya çeşidinə qaytarılıb. Onun yeganə elektrik mühərriki arxa oxda yerləşir. Mühərrikin hasilatı əvvəlki kimidir: 170 at qüvvəsi və 310 Nm fırlanma anı. Batareyanın tutumu da dəyişməyib: 55 kilovat-saat (53 kilovat-saat əlçatandır). Üstəlik, daxili kimyanın optimallaşdırılması sayəsində yürüş ehtiyatı kuzov növündən asılı olaraq 341-349-dan 355-365 kilometrə qədər artıb. DC doldurmanın gücü 100-dən 145 kilovata qədər artırılıb, arxa ötürməli də daxil olmaqla böyük versiyalar üçün isə, doldurma gücü 175 kilovat bəyan edilib.
Bununla belə, alıcıları ilk növbədə qiymət cəlb etməlidir: adi Q4 35 e-tron üçün 45 600 avro və kupe formalı Sportback üçün 47 600 avro istənilir. Q4 45 e-tron (286 at qüvvəsi, 545 Nm və 82 kilovat/saatlıq batareya) ilə fərq 7350 avro təşkil edir, baxmayaraq ki, “35” heç də pis təchiz edilməyib. Təchizata LED fənərlər, konfiqurasiya edilə bilən Audi virtual cockpit cihazlar paneli, bulud naviqasiyası və qızdırılan ön oturacaqlar daxildir. Bununla belə, oturacaqlar parça ilə üzlənəcəklər. Eyni zamanda, Q4 35 e-tron standart olaraq polad təkər diskləri ilə gəlir. Onların ən ucuz yüngül lehimli disklər ilə əvəz etmək 500 avroya başa gələcək.
Digər Q4 e-tron krossoverləri kimi, başlanğıc səviyyəli krossoverlər də Audi Application Store tətbiqlər mağazasına girişi, həmçinin batareyanın vəziyyətinə əsasən naviqasiya sistemində marşrutlar yaratmaq imkanı əldə edəcəklər. Bundan əlavə, multimedia sisteminə əvvəllər mövcud olmayan funksiyalar, səs idarəetməsi və ChatGPT inteqrasiya ediləcək. Məsələn, çat-bota demək olar ki, istənilən mövzuda ümumi suallar verilə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.