Audi şirkəti bu ayın axırında işinə başlayacaq Paris avtomobil salonunda Q5 krossoverinin növbəti nəslini təqdim edəcəkdir. Bu gün alman istehsalçısı yeni krossoverin ilk tizerini dərc etmişdir.
lkin məlumata əsasən, yeni crossover MLB Evo modul platformasında istehsal ediləcəkdir. Xatırlatmaq istərdik ki, bu platformadan artıq A4 ailəsinin, A5 və A5 Sportback modellərinin, həmçinin Q7 krossoverinin istehsalında istifadə edilir. Söylənilənlərə görə, Audi Q5 sələfinə nisbətən 80-100 kiloqram arasında az çəkiyə malik olacaqdır. Yeni krossoverin mühərrik çeşidinə A4 ailəsi üçün təklif edilən benzin və dizel mühərrikləri daxil ediləcəkdir. Bundan əlavə, krossoverin hybrid güc aqreqatı ilə də təchiz ediləcəyi söylənilənlər arasındadır. Bundan başqa, krossoverin “bərkgedən” varinatı olan SQ5 modifikasiyası elektrikötürücülü kompressoru olan dizel mühərrikinə sahib olacağı ehtimal olunur.