Audi şirkəti bu payızda Q5 krossoverini yeniləməyi planlaşdırır. Yeniləmə ilə birlikdə Audi şirkəti Q5 krossoverinin kupeşəkilli versiyasını buraxmağı planlaşdırır.
Autozeitung nəşrinin bildirdiyinə görə, yenilənmiş Audi Q5 və onun ənənəvi Sportback indeksini alacaq kupeşəkilli versiyası bu ilin payızında nümayiş etdirilməlidir. Audi Q5 Sportback modeli Mercedes-Benz GLC Coupe və BMW X4 kimi krossoverlər ilə rəqabət aparacaqdır.
Məlum məsələdir ki, Audi Q5 Sportback modelinin texniki hissəsi adi A5 krossoveri ilə eyni olacaqdır. Sonradan, Q5 ailəsi «qaynar» Mercedes-AMG GLC 43 Coupe və BMW X4 M modelləri rəqabət aparacaq Audi SQ5 Sportback ilə genişləndiriləcəkdir.